Azərbaycanın və Avropanın iş adamları arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bu gün İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin( AZPROMO) rəhbəri Yusif Abdullayev və Avropa Biznes Assosiasiyasının (AEB) baş direktoru Tadjio Şillinq arasında keçirilən görüşdə iş adamları arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Bu barədə "Report"a a AZPROMO-dan bildirilib.
Məlumata görə, görüşdə AZPROMO-nun fəaliyyət istiqamətləri barədə məlumat verilib, qurumlar arasında əməkdaşlıq imkanları, Azərbaycana biznes missiyaların, iş adamları arasında işgüzar görüşlərin təşkili barədə fikir mübadiləsi aparılıb.