Dünya Bankı Azərbaycanda “yaşıl inkişaf”ın qiymətləndirilməsini aparır

“Dünya Bankı Azərbaycanda “yaşıl inkişaf”ın qiymətləndirilməsini aparır”.
“Report” xəbər verir ki, bunu Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda yaşıl transformasiya” konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu hesabat ölkənin “yaşıl inkişafı”nın bütün əsas aspektlərini, o cümlədən “mavi iqtisadiyyat”ı əhatə edir.
Bundan əlavə, Dünya Bankı ölkənin aşağı karbonlu iqtisadiyyata keçidi ilə bağlı hesabat hazırlayacaq.
“Azərbaycan son 30 ildə çox böyük iqtisadi uğurlar qazanıb, o cümlədən Dünya Bankının donoruna çevrilib. Azərbaycan “yaşıl transformasiya” üzrə qlobal lider olmaq potensialına malikdir”, - S.Maykl bildirib.
Onun sözlərinə görə, Azərbaycanın beş strateji prioriteti çox mühüm məsələlərə, o cümlədən “yaşıl keçid”ə yönəlib ki, bu da ölkə iqtisadiyyatına çox müsbət təsir göstərəcək.