Uzunmüddətli yüksəliş qızıl qiymətlərinin dəyişiminə təsir göstərəcək -ŞOK XƏBƏRDARLIQ

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,32% artaraq 2 058,2 ABŞ dollarına bərabər olub.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,39% artaraq 23,42 dollar təşkil edib.
Bəs görəsən, hazırda Azərbaycandakı qızıl bazarında qiymətlər nə yerdədir? Bu vəziyyət qiymətlərə necə təsir edəcək?

Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu artım Azərbaycandakı qızıl bazarına təsir göstərmir: 
"Çünki ölkəmizdə qızıl əmtəə bazarı olmadığına görə, dünya bazarı ilə müqayisə etmək olmaz. Hazırda əhalini maraqlandıran nüans zərgərlik bazarıdır. Birjadakı günlük dəyişimlər də bu sahəyə təsir etmir. Ona görə ki, zərgər qızılı lom şəklində alıb onu univermaq və mağazalara təhvil verilməsinə qədər uzun müddət keçir. Piştaxtalarda olan ziynət əşyaları bir neçə ay əvvəldən alınmış, emal olunmuş qızıl əsasında ortaya çıxır".                                                                                                                                               
Ekspert vurğulayıb ki, ümumi şəkildə uzunmüddətli yüksəliş qızıl qiymətlərinin dəyişiminə təsir göstərəcək :                                                                                      "Misal olaraq 2023 -cü ilin yanvar ayının 16- sı 1926 dollar 40 sent olub. Bu günə olan qiymət isə 2059 dollardır. Təbii ki, bu cür yüksəliş zərgərlik bazarında da məhsulların bahalaşmasına gətirib çıxaracaq".