2023-cü il icmal büdcəsinin gəlirləri 50 mlrd. 343,6 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 7283,5 mln. manat və ya 16,9 faiz, 2022-ci illə müqayisədə isə 7246,0 mln. manat və ya 16,8 faiz çoxdur.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, icmal büdcənin xərcləri 41269,8 mln. manat proqnoza qarşı 956,0 mln. manat (2,3 faiz) az və ya 40313,8 mln. manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 5240,2 mln. manat və ya 14,9 faiz çoxdur.
İcmal büdcədə 10029,8 mln. manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza nisbətən 5,6 dəfə çoxdur.