Bugünədək keçirilən hərraclarda rekord məbləğdə dolların satılması bazarda bu valyutaya tələbin artdığını təsdiq edir.
Maraqlıdır, tələbin artması dolların qiymətinin yüksəlməsinə səbəb ola bilərmi?
Sherg.az xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı-ekspert Elşad Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, Azərbaycanın xarici ticarətində ixrac idxalı xeyli dərəcədə üstələyib. Yəni, ölkəyə xarici ticarətdən daxil olan valyutanın həcmi ölkədən çıxan valyutadan çoxdur. Ona görə də müvafiq adekvat pul kredit siyasəti, makro siyasət çərçivəsində dolların bahalaşması üçün heç bir əsas yoxdur:
"Əgər ölkədən sürətli şəkildə böyük həcmdə valyutanın çıxarılması baş verməsə, onda milli valyutanın dəyərdən düşməsi, devalvasiya üçün ən azı yaxın və orta müddətli perespektivdə heç bir təhlükə görmürəm".