Satıcı: Hazırda qızılın satışı...

Qızıl və gümüş yenidən ucuzlaşıb.Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,79% azalaraq 2 356,3 ABŞ dollarına bərabər olub. 
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,46% azalaraq 28,38 ABŞ dollarına bərabər olub.
Bəs görəsən Azərbaycan qızıl bazarında vəziyyət necədir? Doğrudanmı, qızılın və gümüşün qiyməti ucuzlaşıb? 

Məsələ ilə bağlı "Moskva" univermağında fəaliyyət göstərən satıcılardan biri ilə əlaqə saxladıq. 
O, "Sherg.az"a xəbəri təsdiqləyərək bir vaxtlar qızılın həddən artıq bahalaşdığını söyləyib:
"Doğrudur, indi cuzi ucuzlaşma müşahidə olunur. Əvvəlki dövrlə müqayisədə isə qiymətlər hələ də yüksəkdir. Məsələn, qiymətin artdığı vaxtda qızılın qramını 105-110manat civarında satırdıq. Hazırda isə 100-98 manat aralığındadır. Bazarda alıcı kütləsi isə mövsümlə əlaqədar yaxşı səviyyədədir".

İqtisadçı ekspert Natiq Cəfərli isə deyib ki, dünyada qızılın qiyməti qalxdıqca Azərbaycanda da bahalaşma yaranır: 
"Sadəcə ölkədə alıcılıq qabiliyyəti aşağıdır. Bu zaman satıcılar qiymətdə dəyişiklik etməyə məcbur olurlar. Çünki baha satırlar və alan yoxdur. Dünya bazarında qızılın dəyəri 20-25 faiz artıb. Bu Azərbaycanda da hiss olundu. Alıcı qıtlığı yarandığına görə, satıcılar məhsulların qiymətində endirimlər etdilər. Əgər onlar qiymət siyasətini dünya bazarına paralel olaraq aparsalar, satış olmaz",