Ərdoğandan mühüm mesaj: Türkiyə NATO-dan çıxır?
Yusif Sultanoğlu
09:47 10.07.2024
Gündəm
486
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, NATO Türkiyənin gözləntilərini doğrultmur.
O bildirib ki, bu bəzi məsələlərdə, o cümlədən Yaxın Şərqlə bağlı durumda özünü göstərir: “Biz bu istiqamətlərdə, müxtəlif səviyyələrdə müzakirələrimizi davam etdirəcəyik”.
Məlum olduğu kimi, Türkiyə NATO-nun əsas üzvlərindən biridir. Alyansın xarici və təhlükəsizlik siyasətinin həyata keçməsində Ankara mühüm rol oynayır. Buna baxmayaraq, Türkiyənin NATO-nun əsas rəqibi olan Rusiya ilə də normal münasibətləri var. Hətta bir çox hallarda Ankara üçün Moskva daha yaxşı partnyor olur, nəinki NATO.
Türkiyə NATO ölkəsinə olmasına baxmayaraq, zaman – zaman təşkilatın ümumi tələblərinə və fəlsəfəsinə uyğun olmayan, öz milli maraqlarını üstün tutan, bəlkə də, yeganə aktordur. Bu, hər şeydən əvvəl Türkiyənin gücü, qüdrəti, qlobal geosiyasi proseslərdəki rolu ilə bağlıdır.
İkincisi, NATO üzvləri, o cümlədən ABŞ Türkiyənin mövcud gücü və statusu ilə barışırlar. Ona görə də Ankaranın xarici siyasətindəki bəzi məqamlar, o cümlədən Moskva ilə münasibətlər NATO-nu qane etməməsinə baxmayaraq, qarşılıqlı əməkdaşlıq davam edir. Hərçənd zaman- zaman rəsmi Ankaraya edilən təzyiqlər də məhz bu dövlətin müstəqil addımları ilə bağlıdır. NATO, əlbəttə, Türkiyənin Rusiya ilə münasibətlərini qəbul etmək istəmir.
Əslində NATO ilə Türkiyə arasındakı fikir ayrılıqları Ərdoğanın dediyi kimi, təkcə Yaxın Şərqlə bağlı deyil. Tərəflərin Şərqi Avropa ilə bağlı mövqeləri də fərqlidir: NATO Rusiyaya qarşıdır. Türkiyə isə mümkün qədər balansı davranmağa çalışır.
Həmçinin Cənubi Qafqaz regionu ilə bağlı da tərəflər arasında ziddiyyət var. Belə ki, rəsmi Ankara Bakı və İrəvan arasındakı sülhü dəstəkləyərək mümkün regional əməkdaşlığa töhfə verməyə çalışır. NATO isə Ermənistanla əməkdaşlığı gücləndirərək bu dövlətin “başının altına yastıq qoyur”.
Xüsusilə ABŞ- la Ermənistan arasında güclənən əlaqələr, habelə birgə hərbi təlimlər region üçün yaxşı nəsə vəd etmir. Bu, həm də Türkiyənin regional maraqlarının təhdid altına atılması deməkdir.
Məsələnin başqa bir cəhəti perspektivdə NATO-nun parçalanması ilə bağlıdır.
Əslində Ukraynadakı müharibə NATO daxilində müəyyən fikir ayrılıqları yaratdı. Ayrı – ayrı NATO üzvlərinin Ukrayna ilə bağlı mövqeləri heç də eyni deyil.
Üstəgəl, üçüncü dünya müharibəsi ehtimalı getdikcə artır. Bu ssenari baş verərsə, Türkiyə, həqiqətən də, bir NATO üzvü kimi Rusiyaya qarşı olacaq? Bu, ən azı indiki an üçün inandırıcı görünmür.
Beləliklə, Türkiyə ilə NATO arasında fikir ayrılıqlarının gələcəkdə daha da güclənməsi və Alyansın parçalanması istisna deyil.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual