Buna baxmayaraq, Hindistanın baş naziri Rusiyadan başqa məsələdə istədiyini ala bilib
Hindistanın vasitəçilik təşəbbüsü də alınmadı - ŞƏRH
03:22 12.07.2024
Siyasət
398
Putin Modinin savaşı dayandırmaq xahişini qəbul etməyib
Buna baxmayaraq, Hindistanın baş naziri Rusiyadan başqa məsələdə istədiyini ala bilib

Buna baxmayaraq, Hindistanın baş naziri Rusiyadan başqa məsələdə istədiyini ala bilib
Rusiya Kiyevin Moskvanı dəvət etməyə hazırlaşdığı Ukrayna üzrə ikinci sülh sammitində iştirak etmək niyyətində deyil. Bu sözləri Rusiya XİN başçısının müavini Mixail Qaluzin deyib. O bildirib ki, Moskva Kiyev rejiminin və onun Qərb kuratorlarının bu ilin iyun ayının ortalarında İsveçrənin Bürgenstok şəhərində baş tutmayan sülh sammiti üçün özlərini reabilitasiya etmək və oxşar tədbir keçirməyə çalışmaq niyyətlərindən xəbərdardır: "Rusiya bu cür ultimatumları qəbul etmir və bu cür “zirvə görüşlərində” iştirak etmək fikrində deyil". Qaluzin sülh konfransını “fırıldaqçılıq təzahürü” adlandırıb. Macarıstan xarici işlər naziri Peter Siyarto isə ABŞ-nin keçmiş prezidenti Donald Trampın hakimiyyətə mümkün qayıdışını Ukraynada “sülh şansı” kimi qiymətləndirib. O bildirib ki, ölkəsinin məqsədi Rusiya və Ukraynanın iştirak etdiyi sülh danışıqları vasitəsilə müharibəyə son qoymaqdır: “Düşünürəm ki, onları hətta danışıqlara məcbur etmək üçün çox güclü xarici təzyiq olmalıdır. Qarşıdakı dövrdə kimin bunu etmək şansı var? Yalnız Trampın - əgər prezident seçilərsə”. Qeyd edək ki, Rusiya-Ukrayna arasında sülh müzakirələrinin vasitəçiliyi üçün Hindistan və İranın da adı hallandırılır. Hindistanın Baş naziri Narendra Modi Rusiyaya səfər edib və Prezident Vladimir Putinlə görüşüb. Liderlər Moskvada keçirilən danışıqlarda müdafiə sektorunda birgə istehsalın, o cümlədən yeni növ hərbi texnikanın inkişafını müzakirə ediblər. Dövlət başçıları müdafiə sahəsində birgə istehsalın vacibliyini vurğulayıblar.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bəyan edib ki, Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün bugünə qədər xeyli ölkə vasitəçi olmaq istəyib. Ekspertin sözlərinə görə, bu sırada Türkiyənin, Çinin və Macarıstanın adlarını çəkmək olar:
"Bu dəfə Hindistan vasitəçilik təşəbbüsü ilə çıxış edib. Hindistanın Baş naziri Narendra Modi Rusiyaya səfəri zamanı Kreml sahibi Vladimir Putinlə sülhün vacibliyindən danışıb. Putin bu kimi təşəbbüsləri minnətdarlıqla qəbul etsə də, Ukrayna torpaqlarından əl çəkməyəcəyini bildirir. Aydındır ki, bu şəkildə sülh mümkün deyil. Buna baxmayaraq, Narendra Modi Putindən başqa məsələdə istədiyini ala bilib. Rusiya Hindistan vətəndaşlarını zorla Ukrayna ilə müharibəyə göndərib. Bu durum uzun müddətdir Dehlini narahat edirdi. Necə olubsa, Rusiyaya işləməyə və təhsil almağa gedən bir qrup hindli zorla müharibəyə sövq ediliblər. Hindlilər internetdə yaydıqları görüntülərdə aldadılaraq müharibəyə göndərildiklərini bildiriblər. Vladimir Putin Narendra Modinin istəyini geri çevirməmək üçün cəbhə bölgəsindəki bütün hindliləri vətənlərinə göndərəcəklərini vəd edib. Ən azı iki hindli müharibədə həlak olub".
Analitik vurğulayıb ki, cəbhə bölgəsində 40 ilə 50 arasında hindlinin ilişib qaldığı barədə məlumat var. Bunların bir qismi saxta şirkətlər vasitəsilə Rusiyada işləmək adıyla ölkəyə gətirilib:
"Narendra Modi və Vladimir Putin ticarət maneələrini aradan qaldırmaq və 2030-cu ilə qədər qarşılıqlı ticarət həcmini 100 milyard ABŞ dollarından çox təşkil etmək məqsədini açıqlayıblar. Liderlər ikitərəfli ticarətin liberallaşdırılması, o cümlədən Azad Ticarət Zonasının yaradılması imkanları üzrə dialoqu davam etdirmək qərarına gəliblər. Narendra Modinin üçüncü dəfə baş nazir seçildikdən sonra ilk xarici səfərini Rusiyaya reallaşdırması Moskva-Pekin ittifaqının güclənməsiylə bağlıdır. Dehli bu ittifaqın güclənməsindən narahatdır. Vaşinqton da Narendra Modinin Rusiyaya səfərini diqqətlə izləyib. ABŞ-nin siyasi dairələrində hesab edirlər ki, Narendra Modinin Rusiyaya səfər etməsinə baxmayaraq, Dehli Qərblə müxtəlif sahələrdə əməkdaşlığı zəiflətməyəcək. “The New York Times” dərgisində yayımlanan məqalədə Hindistanın balans siyasəti anlayışla qarşılanıb, bir şərtlə ki, Dehli balansı Kremlin xeyrinə pozmasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual