"Paşinyan artıq bizi tanıyır, ona görə..." - İTV-dən Fikrət Doluxanov
11:32 22.07.2024
Aktual
998
Ermənistanın Baş naziri Nikol Paşinyan Böyük Britaniyada, Blenheym sarayı önündə İctimai TV-nin əməkdaşlarını salamlayıb. Bununla bağlı fotonu kanalın xəbərlər departamentinin direktoru Fikrət Doluxanov paylaşıb. Fotoda Nikol Paşinyanın İTV mikrofonu önündən keçərkən kanal əməkdaşları salamladığı əksini tapıb.
Maraqlı yanaşma barədə “Şərq”in sorğusunu cavablandıran İTV Xəbərlər Departamentinin direktoru Fikrət Doluxanov qeyd etdi ki, əslində burada spesifik yanaşma yoxdur:
- O cəhətdən ki, Zirvə Toplantısına dəvət edilmiş siyasi liderlər “qırmızı xalı”dan keçir və media mənsubları hansısa məsələ ilə fikir, rəy öyrənmək, sual vermək üçün kiməsə müraciət edirlərsə, həmin şəxslər ya cavab verir, cavab vermək istəmədikdə isə hansısa formada reaksiya bildirirlər. Ya salamlayırlar, yaxud müəyyən jestlə gördüklərini bildirirlər ki, gördüm, amma cavablandırmıram. Bu da etik davranış normaları çərçivəsindədir. Biz – İTV olaraq Nikol Paşinyana sualla müraciət etdik ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsiylə bağlı danışıqlar necə irəliləyir, o da belə reaksiya verdi. Cavab vermək istəmədi. Orda başqa telekanalların mənsubları, media nümayəndələri vardı, sadəcə hesab edirəm ki, bu məsələ həm bizim üçün, həm də ümumən region üçün böyük əhəmiyyət kəsb etdiyindən ilk sual verən də biz olduq. O da belə reaksiya verdi. Biz bundan əvvəl də bir neçə dəfə Nikol Paşinyana müxtəlif beynəlxalq tədbirlərdə, həmin tədbirlərin məzmununa, dövrə uyğu suallarla müraciət etmişik. Heç bir sualımızı cavablandırmayıb. Bu isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısı idi, yenə də ona müraciət etdik və yenə də müraciətimizi cavabsız qoydu. Hesab edirəm ki, o, artıq bizi tanıyır, mikrofondan bilir ki, Azərbaycan mediasıdır, ona görə belə reaksiya verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə