İstehsalçılar milyardlar qazanır, milyonlar isə ölür
Qapalı məkanlarda siqaretdən istifadəyə görə böyük məbləğdə cərimələr tətbiq edilməlidir
Siqaretlərin qiymətində artım qeydə alınıb. Verilən xəbərə görə, "LD Compact" (Ballı) markalı siqaretin qiyməti 20 qəpik bahalaşıb. Milli.az-ın məlumatına görə, indiyə qədər alıcılara 3 manat 40 qəpiyə təklif olunan bu siqaretin yeni qiyməti 3 manat 60 qəpikdir. Bu artım, siqaret istehsalında xammal qiymətlərinin bahalaşması və ölkədə baş verən iqtisadi dəyişikliklərlə əlaqədar ola bilər. Son illərdə Azərbaycanda siqaret qiymətləri müxtəlif səbəblərlə artım nümayiş etdirib. Həmçinin siqaret istehlakının azalması üçün hökumət tərəfindən tətbiq edilən vergi siyasətinin də bu artımlar üzərində təsiri olduğu düşünülür. Siqaret istehlakına qarşı mübarizə aparmaq məqsədilə həyata keçirilən tədbirlər nəticəsində bazar qiymətlərində dalğalanmalar müşahidə edilir. Bu artım, həmçinin istehlakçıların alım gücünə təsir edəcək və siqaretə olan tələbatın azaldığı bir dövrdə baş verir. Növbəti dövrlərdə digər siqaret markalarının da qiymət artımına gedib-getməyəcəyi sual doğurur. Müxtəlif mütəxəssislər, bu kimi qiymət artımlarının istehlakçıların seçimlərinə və ümumilikdə bazar dinamikasına ciddi təsir edəcəyini bildirirlər. Həmçinin alıcıların siqaret istehlakını azaltmaq üçün daha ucuz alternativlərə yönələcəyi gözlənilir.
İqtisadçı Xalid Kərimli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, konkret hansısa markanın qiyməti artırsa, bunun səbəbi istehsalçıdan soruşulmalıdır. Ki, niyə qiymət artıb, hansı səbəblərdən?
- Satış meneceri nələrisə nəzərə alıb satış qiymətində artım edə bilər. Bu, istehsalçıya bağlı məsələdir. Bəlkə, istehsal xərcləri artıb, ona görə. Amma ümumilikdə götürsək, hökumət siqaret rüsumlarını, siqaretlərlə bağlı aksiz dərəcələrini mütəmadi olaraq artırır. Elektron, maye siqaretlər də bura daxildir. Sahibkar aksiz dərəcəsini malın üzərinə qoyur, bununla da, qiymətdə dəyişiklik baş vermiş olur. Qiymət dəyişikliyi idxalla da bağlı ola bilər, xərclərin artmasıyla da. İnflyasiya baş verirsə, bu, sahibkarın, istehsalçının da xərclərini artırır, o da qiymətləri artırır.
Ümumən isə siqaret kimi zərərli vasitənin qiymətində hər hansı artım sevindiricidir. Bəlkə, insanlardan daha az siqaret çəkər, həm özlərini, həm də ətrafdakıları zəhərli tüstüdən xilas edərlər. Ümumdünya Səhiyyə Təşkilatı hər dəfə siqaretin ziyanları barədə məlumat yayır, insanları bundan çəkinməyə çağırır. Bütün dünyada siqaret istehsalçıları milyardlar qazanırlar, milyonlarla insan isə məhz siqaretdən dünyasını dəyişir. Hesab edirəm ki, bizim ölkəmizdə də “tüstüsüz hava aylığı”, “siqaretsiz dünya” elan edilməlidir. Qapalı məkanlarda, ictimai iaşə obyektlərində, insanların kütləvi toplaşdığı yerlərdə siqaretdən istifadəyə görə böyük məbləğdə cərimələr tətbiq edilməlidir. Xüsusən də təhsil müəssisələrinin yerləşdiyi ərazidə, ətrafda siqaret satışı qadağan edilməlidir.