Azərbaycan neftinin qiyməti 75 dollara düşüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,91 ABŞ dolları və ya 1,19% azalaraq 75,4 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,31 dollar təşkil edib.