“Füyuzat” - ruhun diriliyi və qələmin məsuliyyəti
07:39 02.11.2025
Ədəbiyyat
822
119-cu ildönümünə ithaf
Bu həyatda dərindən inandığım bəzi həqiqətlər var ki, onlar sarsılmaz və qırılmazdır. Onlardan biri də budur ki, dəyərli və müqəddəs olana əsla ləkə bulaşmaz!
Ulularımızın dili ilə desək: “Hər haqqın bir həqiqəti vardır”. O həqiqət bir gün mütləq günəş kimi parlayar. Həqiqət parladıqca üfüqlərdə aydınlıq yaranar, insanda mübarizə ruhu daha da alovlanar. Pakistanlı mütəfəkkir Məhəmməd İqbal bu ruhu belə izah edir:
“Günləri aydınladan, bu keçici günəş nuru deyil, həyatın daimi mübarizəsi və inkişafıdır”.
Həqiqət uğrunda aparılan mübarizə ləkə götürməz və aydın olur. Bu mübarizənin dəyəri zahirdə deyil, batinindədir. O, qaranlıqda belə öz nurunu itirmir. Millətin içindəki mübarizənin mayası isə onun mütəfəkkirlərinin qəlbi və düşüncəsidir. Ululuğun ziyasını ruhlarında daşıyan bu haqq mücahidlərinin fəaliyyəti və əsərləri həmişə dirilik iksiri daşıyır. Onların qələmindən doğan hər sətir ölməz ruhun nəfəsidir.
Orada səmimiyyət şəffaf su kimi bərraqdır, orada birlik mühiti diridir, canlıdır.
Oradakı sədaqət isə qeyrət sahiblərinin libasıdır.
O aləmə yanlış qələmlər imzasını ata bilməz!
Çünki qələm yalnız vicdanla yazıldıqda həqiqətə çevrilir, yalnız ürəklə, sevgi ilə yazıldıqda bəşərin qəlbinə yol tapır.
Bu gün qəlblərə yol tapan bir məktəbin, Əli bəy Hüseynzadənin qələm yoldaşlarının ziyası ilə nur saçan “Füyuzat” dərgisinin yaranmasının 119-cu ildönümüdür. “Füyuzat” sadəcə bir dərgi deyildi: o, bir oyanış idi – bir məktəb, bir mənəvi çevriliş, bir inqilab idi. O, milli düşüncəni, türk kimliyini, islam mədəniyyətini və müasirliyi bir səhnədə birləşdirən nadir bir məfkurə abidəsi idi. Bu məfkurə məktəbi bir ocaq idi, közü əsla sönməyən, atəşi kiri-pası təmizləyən mənəvi ocaq! Bu ocağın düsturları doğruluq və səmimiyyətlə qələmə alınmışdı. O qələm Haqqın qatından süzülən mürəkkəbdən ruhlanmışdı.
İsmayıl Qaspıralı 1906-cı ilin mart ayında Əli bəy Hüseynzadəyə yazdığı açıq məktubunda belə deyirdi: “Hər nə yazacaqsansa, qələmi üç qəpiklik qara mürəkkəbə batırma, ürəyinə batır, qanınla yaz! Belə yazsan, sözün ötər, vicdanlara qədər yetər. Əks halda, bisəmərə, yəni bəhrəsiz bir külək kimi gəlib keçər”.
Bu çağırış, bu nida, bu əmanət bu gün də keçərlidir. Çünki qələm sadəcə yazmaq üçün deyil – ruhu diriltmək və həqiqəti yaşatmaq üçündür.
“Füyuzat” məktəbi bizə təkcə bir tarix deyil, həm də böyük bir məsuliyyət miras qoydu: Qələm tutan hər bir insan ruhu ilə, vicdanı ilə, qanı ilə yazmağı unutmamalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol