Azərbaycan Fransaya növbəti məhdudiyyət
11:16 22.11.2023
İqtisadiyyat
725
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun Avropanın bəzi regionlarından gətirilən heyvan məhsullarına məhdudiyyətlər qoyub.
Globalinfo.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Pei de la Luar regionunda epizootik homorraji, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün Fransa Respublikasının Pei de la Luar regionundan bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual