Azərbaycan ilk dəfə karbon kreditlərindən mənfəət qazandı
Yusif Nəzərli
08:39 07.06.2022
İqtisadiyyat
380
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə “Upstream Emission Reduction” (UER) layihəsi çərçivəsində neft-qaz hasilatı zamanı formalaşan emissiyaların sertifikatlaşdırılması və müvafiq qaydada satışından 3 milyon manat mənfəət əldə edib.
Bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, layihə çərçivəsində 14 500 ton CO2 ekvivalentində emissiya həcmi sertifikatlaşdırılıb.
“Bu layihə neft-qaz sektorunda emissiyaların ciddi şəkildə azaldılması ilə yanaşı, əlavə iqtisadi üstünlüklərin əldə edilməsinə şərait yaradıb.
UER mexanizmi neft-qaz əməliyyatları zəncirində istixana qazı emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq üçün səmərəli alətdir.
Avropa İttifaqının Yanacaq Keyfiyyəti Direktivinə əsasən, neft-qaz təchizatçıları UER layihələrini əməliyyatlar zamanı emissiyaların azaldılması, habelə onların ətraf mühitə təsirlərinin minimuma endirilməsi məqsədilə həyata keçirir və bu barədə müvafiq sertifikatlar alırlar. Proses nəticəsində əldə edilən UER sertifikatları daha sonra enerji təchizatçılarına satıla bilər ki, bu da həmin şirkətlərin emissiyaların azaldılması hədəflərinə çatması üçün bir vasitədir”, - məlumatda deyilir.
Belə ki, Norveç Krallığının “Carbon Limits” şirkəti ilə əməkdaşlıq çərçivəsində SOCAR-ın fəaliyyət sahələrində “Sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması” (“Leak Detection and Repair” - LDAR) pilot layihəsinin həyata keçirilməsinə dair 2018-ci il mayın 11-də Anlaşma Memorandumu imzalanıb.
Layihə çərçivəsində “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ, Ə.C.Əmirov adına NQÇİ, H.Z.Tağıyev adına NQÇİ, N.Nərimanov adına NQÇİ və “Abşeronneft” NQÇİ-də monitorinqlər keçirilib, sızma mənbələri müəyyənləşdirilib və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.
SOCAR bu sahədə əldə olunan uğurlu təcrübəni nəzərə alaraq, gələcəkdə daha geniş seqmentlər üzrə azaldılmış emissiya həcmlərinin ticarəti üzrə yeni layihələr həyata keçirmək niyyətindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region