Azərbaycan, İran, Türkiyə və Rusiya regional bazarı yaradılır
09:30 18.07.2021
İqtisadiyyat
693
Azərbaycan, İran, Türkiyə və Rusiya ümumi regional bazarın yaradılması barədə razılıq əldə edib. Bunu İranın İnformasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib. O bildirib ki, regional bazarlar ticari-iqtisadi münasibətlərdə əsas rol oynayır. Nazir qeyd edib ki, İran tərəfi ümumi regional bazarın və hüquqi normaların hazırlanması və yaradılması üçün böyük səylər göstərib: “Bu işlər bizim Rusiya, Türkiyə və Azərbaycanla əməkdaşlığımızın nəticəsi olub və bununla əlaqədar müvafiq memorandumlar imzalanıb”.
Onun sözlərinə görə, vahid regional bazarın yaradılması məqsədilə Hindistan, Azərbaycan, Türkiyə və Rusiya ilə danışıqlar davam edir: “Bu layihə çərçivəsində Bakı və Tehranda üç iclas keçirilib. İclasların yekunlarına əsasən, ümumi regional bazarın yaradılması üçün əməkdaşlıq barədə saziş imzalanıb”.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov "Şərq"ə açıqlamasında deyib ki, regional bazar kənar ölkələrin gəlib buradan alış-veriş etməsi, həmin ölkələr arasında qarşılıqlı iqtisadi-ticari münasibətlərin genişlənməsi üçün çox mühüm vasitədir: "Regionda belə bir bazar təşkil olunarsa və məkanı müəyyən edilərsə, onun region üçün çox mühüm əhəmiyyəti olacaq. Hesab edirəm ki, məkan kimi ən optimal variant Azərbaycanın özü də ola bilər. Çünki Ələtdə Azad İqtisadi Zona var. Nəqliyyat infrastrukturumuz çox yüksək səviyyədə modernləşdirilib. Bundan başqa, Azərbaycanda hər cür bu və ya digər alış-verişin həyata keçirilməsi üçün tələb olunan infrastruktur mövcuddur. Hesab edirəm ki, belə bir razılaşmadan sonra bunun ən çox səmərəsini İrandan, Rusiyadan, Türkiyədən çox ölkəmiz görəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq