Azərbaycan qlobal çağırışlara zamanında qoşulur
07:44 03.05.2022
İqtisadiyyat
535
Azərbaycan elektrik enerjisi istehsalı və ixracı potensiallarını reallaşdırır - ŞƏRH
Azərbaycan böyük enerji potensialına malik ölkədir. Bu, təkcə neft və qaz resurslarından ibarət deyil. Həm də elektrik enerjisinin istehsalı və ixracı istiqamətində potensiallarını reallaşdırır.
Bunu Sherg.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri də ekoloji enerji resurslarından səmərəli istifadə olunmasıdır.
“Azərbaycanın ekoloji təmiz enerji resursları kifayət qədər böyükdür. Artıq ölkəmiz işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji resurslarının istehsalı istiqamətində proseslərə başlayıb.
Dövlət başçımızın qeyd etdiyi kimi, beynəlxalq şirkətlər ilə Cəbrayılda 240 meqavat gücündə günəş və Kəlbəcərdə 100 meqavatlıq külək stansiyalarının qurulması ilə bağlı məsələlər rəsmiləşdirmə mərhələsindədir. O cümlədən, Səudiyə Ərəbistanının “Agwa Power” və BƏƏ -in “Masdar” şirkətləri trəfindən Azərbaycanda külək və günəş elektrik stansiyaların tikintisinin təməlini qoyulmuş və inşası davam etdirilməkdədir”, - deyə deputat bildirib.
A.Badamov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə ermənilər 30 ildə işğal və istismar etdikləri 30 su elektrik stansiyasını məhv edərək ərazilərimizi tərk edib.
“Biz indi bu istiqamətdə bərpa işləri həyata keçiririk. 2021-ci ildə işğaldan azad olunmuş ərazilədə 5 su elektrik stansiyası bərpa olunub. Cari ildə də 4 su elektrik stansiyasının bərpası və istismara verilməsi nəzərdə tutulur. Gələn il bərpaolunan enerjidən 450 meqavat gücündə enerji istehsalına başlanılacaqdır. Bu, həm 400 milyon kubmetr qaza qənaət, həm də atmosferin dekarbonlaşmasına verdiyimiz töhfə olacaqdır.
Azərbaycan qlobal çağırışlara zamanında qoşulur. 2030-cu ilə qədər ölkəmiz istehsal olunancaq elektrik enerjisində bərpaolunan enerjisınin payını 30%-ə çatdırmağı ilə bağlı qlobal könüllü öhdəlik götürüb. Amma işlərin gedişatı onu göstərir ki, 2030-cu ilə qədər Azərbaycan istehsal olunan ümumi enerjidə bərpaolunan enerjisinin payını 50%-dən çox artıra biləcəkdir. Bu, həm də ölkəmizin elektrik enerjisinin istehsal həcmlərinin artması deməkdir”, - A.Badamov əlavə edib.
O vurğulayıb ki, Azərbaycan qonşu ölkələrə elektrik enerjisini ixrac edir. “Amma yaxın gələcəkdə Avropa bazarına da çıxış imkanlarımız reallaşacaqdır. Azərbaycan Avropanı nəinki neft və qazla, həm də onun elektrik enerjisi ilə təminatında fəal rol oynayacaqdır. Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsi bu gün həmişəkindən daha çox aktualdır. Azərbaycan isə nefti, qazı, elektriki və hətta gələcəkdə hidrogenlə təminatında Avropa İttifaqı üçün yeni və etibarlı mənbə olacaqdır.
Ölkəmizin hidrogen istehsalı potensialı da çox yüksəkdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizin innovasiyalar sahəsində öndə getməyimizə imkan yaradır. Ölkəmiz innovasiyaları və texnologiyaları tətbiq etməklə zamanın nəbzini vaxtında tuta bilir. Əgər Bakı-Tiblisi-Ceyhan kəmərini 2006-cı ildə istismara verməsəydik, bu gün biz Cənub Qaz Dəhlizi layihəsinin icrasından danışa bilməzdik. Prezident İlham Əliyevin uzaqgörənliyi ilə 2011-ci ildə bu istiqamətdə işlərə başlamağımız 2020-ci il 30 dekabrda TAP layihəsinin açılışını etməklə Avropaya qazımızın tədarükünə imkanımız yaranmış oldu.
Bu gün dünyada baş verən proseslər onu sübut etdi ki, Azərbaycanın həyata keçirdiyi qlobal layihələr nəinki ölkəmiz üçün, həm də beynəlxalq əhəmiyyəti baxımından əvəzsizdir. O cümlədən, hesab edirəm ki, ölkəmiz elektrik enerjisi istehsalını genişləndirərək Avropa İttifaqına nəqlə başlamaqla dünya enerji xəritəsində yeni bir tarixi yenilk edəcəkdir”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq
08:08 28.04.2026
Cəmiyyət
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya