Azərbaycan Rusiyaya yumurta ixrac edəcək
Yusif Nəzərli
14:19 07.05.2022
İqtisadiyyat
591
“Hazırda ölkəmizdə fəaliyyət göstərən quşçuluq müəssisələri nəinki daxili bazarı yumurta və quş əti ilə tam təmin etmək imkanındadır, həmçinin xarici ölkələrə ixrac üçün də ciddi potensial formalaşıb. Bu, xüsusilə yumurta istehsalında daha yüksəkdir”.
Bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, son aylarda quşçuluq təsərrüfatları tərəfindən ölkənin daxili tələbatından 10 milyonlarla ədəd artıq yumurta istehsalı qeydə alınmaqdadır:
“Hazırda anbarlarda daxili tələbatdan artıq qalan 43 milyon ədəd süfrə yumurtası var. Bu təsərrüfatların bəziləri yumurtanın xaricə ixracına nail olurlar, lakin bu sahədə ciddi çətinliklərlə üzləşirlər. Bu sahədə istehsalçılarımıza dəstək verilməsini xahiş edirik”.
Yumurta istehsalçıları mövcud şəraitdə yumurta istehsalının daxili tələbatdan artıq olduğunu, istehsal olunan həcmlərin tam satılmamasının onlara ciddi ziyan vurduğunu bildiriblər.
Eyni zamanda, qeyd olunub ki, yem və yem əlavələrinin qiymətində baş verən bahalaşma nəticəsində istehsal olunan yumurtanın maya dəyərində ciddi artım baş verib. Bu şəraitdə məhsulun satılmaması növbəti mərhələdə yem tədarükünə zərbə vurmaqla, istehsalın azalmasına gətirib çıxara bilər.
AZPROMO rəsmiləri bildiriblər ki, Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər və hazırda AQTA ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol