
Azərbaycanda kərə yağının ucuzlaşması baş verə bilər -İqtisadçı
10:48 07.01.2025
İqtisadiyyat
553
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 151 milyon 558 min ABŞ dolları dəyərində 26 min 403 ton kərə yağı idxal edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 81.5% və ya 68 milyon ABŞ dolları, həcm baxımından isə 77% və ya 11 487 ton artıb. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycana 83 milyon 505 min ABŞ dolları dəyərində 14 916 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Xatırladaq ki, hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.81% təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-noyabr aylarında ölkədə 26 890.6 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.1% çoxdur. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 487.6 ton çox olub.
Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 21.95 manat, yerli kərə yağının isə orta satış qiyməti 20.25 manat təşkil edib.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanda kərə yağının istehsalının artması bir sıra amillərlə bağlı ola bilər:

“Dünya süd məhsulları bazarındakı qiymətlərin aşağı düşməsi nəticəsində xammalın Azərbaycana gətirilməsi və burada istehsal edilərək qida üçün yararlı kərə yağına çevrilməsinə səbəb olur. Nəticə etibarilə də bu daxili istehsal statistikasına aid edilir. Daxili istehsal statistikasına aid edildiyinə görə də istehsal idxaldan daha çox olur. Bu baxımdan da istehsalın artmasını hələki idxaldan asılılıqdan qurtulmaq, kimi təqdim edə bilmirik. Çünki Azərbaycanda faktiki olaraq iri buynuzlu maldarlıq təsərrüfatlarının sayında rəsmi statistikaya görə, azalma var. Həmçinin, Azərbaycan mal əti idxalını 2024-cü ildə iki dəfədən çox artırıb. Belə olan halda təsərrüfatların sayının azalması nəticə etibarilə süd və süd məhsullarının tədarükündə də azalmaya gətirib çıxarır. İstehsalın artması kimi təqdim olunan statistika idxal olunan xammaldan istehsal edilən məhsulların kərə yağının bazara istehsal kimi təqdim olunması faktı yaranır. Bütün bunlarla yanaşı, Azərbaycanda kərə yağının ucuzlaşması baş verə bilər. Yalnız o halda bu mümkündür ki, Azərbaycanda istehsal xərcləri idxal xərclərindən aşağı olsun. Yəni daxili istehsal müəssisələrində çəkilən enerji xərcləri, icarə haqları, əmək haqları üzrə ödənişlər, inflyasiya faktorlarını da əlavə edərək istehsal ucuz başa gəlirsə, bu artan tendensiya davam edəcək və Azərbaycanda kərə yağının daxili istehsalı çoxalacaq. Yox, əgər idxaldan gələn məhsullar kərə yağı ucuz qiymətə idxal olunacaqsa və daxili istehsal bu rəqabətdə daha çox xərclər yaradacaqsa, təbii ki, istehsal azalacaq. Nəticə etibarilə, əgər ucuz istehsalı artıra bilsək, Azərbaycanda yaxın aylarda biz kərə yağının daxili bazarda ucuzlaşmasının şahidi ola bilərik. İndi isə biz bunu iddia etməkdə çətinlik çəkirik. Çünki istehsal xərclərinin idxal xərclərindən çox və yaxud az olmasını qiymətləndirmək çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
02:22 22.04.2026
Region
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq