Bahalaşma insanların sosial durumunu ağırlaşdırıb
Yusif Nəzərli
11:10 30.10.2021
İqtisadiyyat
482
"Belə getsə, müavinətlər 100 faiz də qalxsa, yenə də zənbillər dolmayacaq"
Razi Nurullayev: "Deputatın işi yalnız hazır gələn qanunları müzakirə edib, dəyişiklik etmədən qəbul etmək deyil. Biz hər həftə həm komitələr, həm də plenum iclası səviyyəsində hökumətlə təmasda olmalıyıq"
Parlamentin dünənki iclasında çıxış edən deputat Razi Nurullayev növbəti dəfə qiymət artımlarından, əhalinin şikayətlərindən söz açıb. Deputat bildirib ki, təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması əhalinin sosial həyatına təsir edib: “Qiymət artımı ilə bağlı qərarın mürəkkəbi qurumamış marketlərdə qiymətlər artıb. Açığı, sahibkarların düz edib-etmədiklərini bilmirəm. Amma, bu şəkildə artım məntiqli ola bilməz. Ərzaq məhsulları çox bahalaşıb, belə getsə, müavinətlər 100 faiz də qalxsa, yenə də zənbillər dolmayacaq.
Mən Prezident İlham Əliyevin pensiya, əməkhaqqı, müavinətlərin gələn ildən artırılması ilə bağlı sərəncamını yüksək qiymətləndirirəm. Bu həssas qruplara qarşı gözəl sərəncam oldu və insanlar bunu alqışlayır”.
R.Nurullayev parlamentdə “Hökumət saatı”nın təşkil olunmasını təklif edib:
“Birincisi, elektrik enerjisi və təbii qaz sərfiyyatını azaltmaq üçün bütün ölkə boyu mərkəzi istilik sistemi bərpa edilməlidir. Görək “Azəristiliktəchizat” bunun öhdəsindən gəlirmi? Xeyr. Yeni binalar niyə ancaq kombi ilə qızdırılsın? Dövlət qazanxana tikib, iş adamına istiliyi satsın, xaos da aradan qaldırılsın. Fərdi evlər də xaotik və biabırçı vəziyyətdə tikilib. Onlar üçün də mərkəzi qazanxanaların qurulmasını təklif edirəm ki, sərfiyyatı optimallaşdıraq, həm də enerji daşıyıcılarının qiymətinin artması onların büdcəsinə az təsir etsin. İkincisi, “Azəristiliktəchizat”ı dəvət edək və sual verək ki, bu onillikdə nə iş görüb? Üçüncüsü, təklif edirəm ki, parlamentdə “Hökumət saatı” müəyyənləşdirək və hər həftə bir nazirlik, komitə burada bizim suallarımızı cavablandırsın. Mən əminəm ki, bu məsələlərdə parlamentin rolunun artırılmasına zərurət yaranıb. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə edib, dəyişiklik etmədən qəbul etmək deyil. Biz hər həftə həm komitələr, həm də plenum iclası səviyyəsində hökumətlə təmasda olmalıyıq. Hökumət üzvləri müntəzəm olaraq parlamentə hesabat verməlidir, hesabatı isə az qala biz veririk”.
Millət vəkili Qüdrət Həsənquliyev də ölkədə bir sıra ərzaq məhsullarının bahalaşdığını, bunun əhali arasında narahatlıq yaratdığını deyib:
“Regionun bütün dövlətləri Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Ərzaq qiymətlərinin qalxmasının qarşısını almaq üçün onlar bu təşkilata üzv olur. Bu, başlanğıcda çətinlik yarada bilər, amma sonradan ölkədə kənd təsərrüfatının inkişafına səbəb olacaq. Bizim hökumətin ÜTT ilə danışıqlarının nə yerdə olması qaranlıq olaraq qalır. Parlament də bu məsələni gündəmdə saxlamalıdır. Biz hökumətdən bu təşkilatla danışıqların nə yerdə qalmasını öyrənməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət