Bahalaşma, yoxsa süni qiymət artımı ? – EKSPERTDƏN İZAH
Fidan Həmişəyeva
13:10 01.04.2020
İqtisadiyyat
1124
“Azərbaycanda qiymət artımına heç bir zəmin yoxdur. Dövlətimiz süni qiymət artımına qarşı ciddi mübarizə aparır”
Koronavirus pandemiyasının ölkə gündəmini zəbt etməsi hər kəsə məlumdur. Lakin hazırda ən çox müzakirə olunan məqamlardan biri bəzi məhsulların kəskin bahalaşmasıdır. İlk öncə sarımsağın, sonra isə maskaların qiymətində süni artımlar oldu. Hətta əvvəlki qiymətlə indiki qiymət arasında nəzərəçarpacaq qədər fərq var dəsək, yanılmarıq. Hər gün 5 qəpik də olsa, bahalaşma qeydə alınır.
Son günlər zəncəfilin qiymətinin də maksimum bahalaşdığı məlum olub. Sosial şəbəkələrdə şok görüntülər yayılıb. Həmin fotolarda zəncəfilin 1 kiloqramının 45 manat olduğu əks olunub. Hazırkı vəziyyətdə bu bahalaşmanın nə dərəcədə düzgün olması isə sual altındadır.
İqtisadçi-ekspert Pərviz Heydərov “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanda qiymət artımına heç bir zəmin yoxdur.
Ekspertin sözlərinə görə, hazırda mövcud vəziyyətlə əlaqədar demək olar ki, bütün sahələrdə iqtisadi fəallıq aşağı enib:
“Sahibkarlıq fəaliyyəti, restoran, kafe, turizim, xidmət sektoru tamamilə fəaliyyətini dayandırıb. Belə bir halda qiymət artımı üçün ortada heç bir zəmin yoxdur. Tələb aşağı endiyi, təklif də mövcud olmadığı üçün indiki iqtisadi duruma heç vaxt rast gəlməmişik. Belə vəziyyət bütün dünya ölkələrində var. Bu da dövlətin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Amma ölkəmizdə heç bir ərzaq qıtlığından söhbət gedə bilməz”.
Süni qiymət artımı ilə bağlı tendensiyalara gəldikdə iqtisadçı təəssüflə qeyd edib ki, belə hallara hər dəfə rast gəlinir:
“Dövlətimiz də süni qiymət artımına qarşı ciddi mübarizə aparır. Hər dəfə bu və ya digər fors-major halları yarandıqda bir çoxları mövcud durumdan öz məqsədləri üçün istifadə edərək əlavə qazanc əldə etməyə cəhd göstərirlər. Təəssüf ki, pandemiya zamanı da belə hallara rast gəldik. Məsələn, apteklərdə maskaların, tibbi spirtin çatışmazlığını tələbin artması ilə əlaqələndirmək düzdün deyil. Bir qrup şəxslər daha asan qazanc əldə etmək istəyirlər. Dövlət başçımız da maskalar və tibbi spirtlə bağlı müsahibəsində qeyd etdi ki, süni qiymət artımı edən şəxslərə qarşı ölçülər götürüləcək. Bu da müvafiq sturukturlar tərəfindən həyata keçirilməkdədir. Tibbi maskaların istifadəsi ilə bağlı dövlət əlavə tədbirlər görür. Təəssüf ki, bütün bunlara rəğmən yenə də neqativ hallara rast gəlirik. Görünür, hələ ki, cəmiyyət mənfi amillərdən xilas olmaq iqtidarında deyil. Amma süni qiymət artımı təkcə Azərbaycanda müşahidə olunmur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya