"Baku Steel Company" QSC ekoloji layihələrini davam etdirir
12:02 04.12.2023
İqtisadiyyat
901
Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi “Baku Steel Company” QSC-nin (BSC) Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin əsas istiqamətlərindəndir. Davamlı olaraq ekoloji layihələrə dəstək verən şirkət bu dəfə öz əməkdaşları üçün ekoloji maarifləndirmə seminarı təşkil edib.
“APA-Economics” xəbər verir ki, seminar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən BSC-nin Konfrans zalında keçirilib.
Ətraf mühitin, yaşıllıqların, atmosfer havasının mühafizəsi, ekoloji təhlükəsizlik, ölkəmizin eko-vəziyyəti, eləcə də təbii ehtiyatlardan səmərəli istifadə haqqında məlumatlar seminar iştirakçılarının marağına səbəb olub və fəal müzakirələrlə yadda qalıb.
Qeyd edək ki, BSC bu il ərzində davamlı olaraq ekoloji layihələrə imza atıb. Belə ki, «Nargis» Nəşriyyat Evi ilə birlikdə həyata keçirilən «Go Green» sosial məsuliyyət layihəsi çərçivəsində Dəniz Vağzalında oktyabrın 13-dən davam edən eko-sərgi ötən gün yekunlaşıb. Sərgi ətraf mühitin mühafizəsinə həsr olunmuşdu və incəsənət əsəri vasitəsi ilə müasir ekoloji problemləri ictimaiyyətə çatdırmaq məqsədini daşıyırdı.
Sərgilənən ekspozisiyalar bu il paytaxtın müxtəlif ərazilərində aparılan təmizlik işləri nəticəsində toplanan tullantılardan hazırlanmışdı. BSC-nin bu ilki installyasiyası Teymur Qəribovun müəllifi olduğu «Yaxşılığa ümid» (“Hope for the Best”) əsəridir. Öncəki illərdə də şirkətin dəstəyi ilə keçirilən «Planet Calling», «Reduce, Reuse, Recycle, Respect», «Make the Earth Smile» layihələrinin eko-sərgilərində sözügedən tərzdə ekspozisiyalar nümayiş olunmuşdu və hazırda onlar şirkətin inzibati binasının önünü bəzəyir. “Hope for the Best” ekspozisiyası da artıq digər əsərlərin yanında öz layiqli yerini tutur.
BSC, həmçinin 2023-cü ildə Nərimanov və Binəqədi rayonları, eləcə də Sumqayıt şəhər İcra Hakimiyyətlərinin təşkil etdikləri ağacəkmə aksiyalarında fəal iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm
Əfqan Sadıqovun məhkəməsi başlayıb
14:26 23.10.2026
Cəmiyyət
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
14:17 23.10.2026
Gündəm
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
14:01 23.10.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:56 23.10.2026
Gündəm