Bank sektorunun aktivləri cüzi artıb
Yusif Nəzərli
06:52 26.12.2023
İqtisadiyyat
747
Azərbaycanda bankların cəmi aktivləri bu ilin yanvar-noyabr aylarında 46 mlrd. 172.5 mln. manata çatıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,1% çoxdur.
"APA-Economics"bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, sektorun cəmi öhdəlikləri 0,2% azalaraq 40 mlrd.160.4 mln. manata enib, balans kapitalı isə 1,7% artaraq 6 mlrd. 12.1 mln. manata yüksəlib.
Noyabr ayında bankların kredit portfeli 1.9% və ya 421.5 mln. manat artaraq 22,881.2 mln. manat olub. Bunun 54.3%-i (12,421.2 mln. manat) biznes kreditlərinin, 30%-i istehlak kreditlərinin(6,869.7 mln. manat), 15.7%-i ipoteka kreditlərinin (3,590.3 mln. manat) payına düşüb. Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 174.8 mln. manat (1.4%), 118.4 mln. manat (1.8%) və 128.3 mln. manat (3.7%) artıb. Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 16.8% və ya 3.3 mlrd. manat artıb. Kredit portfelinin artımının 47.7%-i biznes, 33.9%-i istehlak, qalan 18.4%-i isə ipoteka kreditləri hesabına təmin edilib.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 1.9% təşkil edib.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.7%-i və ya 33,225.7 mln. manat. Depozit portfelinin 63.1%-i (20,972.2 mln. manat) hüquqi şəxslərin, 36.9%-i (12,253.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. Fiziki şəxslərin əmanət portfelinin 55%-i (6,736.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16,844.4 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 80.3%-ni təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm