
Bankların aktivlərindəki artımın səbəbi kreditlərin genişləndirilməsi ilə bağlıdır -İqtisadçı
11:20 29.08.2025
İqtisadiyyat
501
2025-ci ilin avqust ayının 1-nə Azərbaycanın bank sektorunun aktivləri 55 milyon 700.1 milyon manat təşkil edib.
“APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin avqust ayının 1-i ilə müqayisədə 13.5% çoxdur.
İqtisadçı Razi Abbasbəyli “Sherg.az”a bildirdi ki, 2025-ci ilin 1 iyul tarixinə olan məlumata əsasən, bankların aktivlərinin əsas hissəsini 26 milyard 780,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edir:

“Bu isə kredit portfelinin son bir ildə 11 faizdən çox artdığını göstərir. Beləliklə, bankların aktivlərindəki artımın başlıca səbəbi kreditlərin genişləndirilməsi ilə bağlıdır. Aktivlərdə kreditlərin payı isə əvvəlki dövrdə 47 faiz olduğu halda, hazırda 46 faizə enib. Bu isə o deməkdir ki, aktivlərdəki kredit həcmi artıb. Sözügedən artım əsasən kreditlərlə bağlı olduğundan, bunu iqtisadi inkişaf və ya sabit, dayanıqlı və etibarlı maliyyə siyasətinin nəticəsi kimi xarakterizə etmək düzgün olmaz. Məsələn, bankların öhdəliklərində 13 faiz, depozit portfelində isə 6 faiz artım qeydə alınıb ki, bu, müsbət tendensiya kimi qiymətləndirilə bilər. Burada xüsusilə fiziki şəxslərin depozitlərinin 15 milyard manata yaxınlaşması diqqət çəkir. Digər mühüm inkişaf göstəricisi kimi, 2025-ci ilin may ayına qədər bankların xalis xarici aktivlərinin də təxminən 34 faiz artıb. Bunun nəticəsində Azərbaycanın kommersiya banklarının xalis xarici aktivləri 5 milyard manata yüksəlmişdir ki, bu da onların beynəlxalq maliyyə bazarında rəqabət potensialını müəyyən dərəcədə gücləndirib. Bankların balans kapitalında da artım müşahidə edilib. Bank aktivlərinin artımı yalnız kreditlərlə deyil, eyni zamanda qeyri-neft sektorunda iqtisadi fəallığın genişlənməsi ilə də bağlıdır. Nağdsız əməliyyatların miqyasının artması da bankların maliyyə aktivlərinin yüksəlməsinə səbəb olub. Bundan əlavə, vergi sahəsində aparılan islahatlar, işəgötürənlər üçün müəyyən tələblərin sərtləşdirilməsi və sosial sferada əldə edilən irəliləyişlər də bank aktivlərinin artımına təsir göstərib. Bununla belə, bu artım ümumilikdə 13 faizi aşmayıb. Daha dəqiq ifadə etsək, aktivlərin ümumi həcmi 56 milyard 734,1 milyon manata çatmış və bu da 12,7 faiz artım deməkdir. Lakin qeyd edilməlidir ki, artımın əsas səbəbi 11 faizlik kredit portfelinin yüksəlməsi olub. Bundan başqa, depozit öhdəliklərinin artması, xarici aktivlərin əhəmiyyətli dərəcədə genişlənməsi və kreditlərin həcminin yüksəlməsi nəticəsində bank kapitalında genişlənmə müşahidə edilib. Bütün bunlar bank sektorunda müəyyən irəliləyişlərin əldə olunmasına gətirib çıxarıb. Bununla yanaşı, daha yüksək inkişaf göstəricilərinə nail olmaq üçün kredit faizlərinin azaldılması, regional inkişaf proqramları çərçivəsində islahatların həyata keçirilməsi, depozit bazarında rəqabət mühitinin yaradılması zəruridir. Həqiqətən də, hərçənd ki, depozit yığımlarında sabitlik təmin olunmuş və əmanətlərin sığortalanması sistemi təkmilləşdirilmişdir, lakin depozit faiz dərəcələri aşağı səviyyədə qalır və demək olar ki, bütün banklarda eynidir. Bu isə depozit yığımında rəqabətin zəif olduğunu göstərir. Əgər kommersiya banklarına daha çox sərbəstlik verilərsə, həm depozit yığımlarında artım baş verə, həm də rəqabətin güclənməsi nəticəsində hətta ən az kapitala və aktivə malik bankların belə maliyyə imkanları əhəmiyyətli dərəcədə genişlənə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm