"Birdəfəlik kölgə iqtisadiyyatından xilas olmaq lazımdır" - İqtisadçı ekspert
13:37 06.11.2023
İqtisadiyyat
602
"Ayrı-ayrı şəxslərin gizli qazancına son qoyulmalıdır. Belə olan halda dövlət qazanacaq. Dövlətin qazanması isə, əhalinin sosial rifahının yüksəlməsi ilə nəticələnəcək”
Təhlillər göstərir ki, Azərbaycanda "kölgə iqtisadiyyatı"nda cəmlənmiş dövriyyələrin ağardılması sürətlənib.
Bunu İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Son dövrlər Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi dəyişikliklər edilib. Bu zaman əsas məqsəd daha liberal, praktiki, ünvanlı, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dəstək verən qanunvericiliyin formalaşdırılması olub. Əldə olunan fiskal nəticələrdə, iqtisadi artımla yanaşı şəffaf münasibətlərin qurulması, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, binzes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması konteksində atılan addımlar da böyük rol oynayıb", - deyə o qeyd edib.
Mövzu ilə bağlı “Sherg.az” a danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, dünyada elə bir ölkə yoxdur ki, oranın iqtisadiyyatında dövriyyə tamamilə şəffaf şəkildə təmin edilsin:
“Hər bir ölkədə kölgə iqtisadiyyatı mövcuddur. Sadəcə olaraq onun xüsusi çəkisində fərqlər mövcuddur. Məsələn, Yaponiyada və Cənubi Koreyada bu rəqəm çox cuzidir. Qardaş ölkə Türkiyədə kifayət qədər yüksək səviyyədədir. Makroiqtisadi tarazlığı tam şəkildə bərqərar etmək, sağlam mühitli iqtisadiyyat yaratmaq üçün kölgə iqtisadiyyatından xilas olmaq lazımdır. Ayrı-ayrı şəxslərin gizli qazancına son qoyulmalıdır. Belə olan halda dövlət qazanacaq. Dövlətin qazanması isə, əhalinin sosial rifahının yüksəlməsi ilə nəticələnəcək”.
F.İbrahimov Azərbaycanda kölgə iqtisadiyyatının xüsusi çəkisinin azalması üçün hökumət tərəfindən son zamanlar kifayət qədər işlər görüldüyünü vurğulayıb:
“Azərbaycan bu sektorda hazırda Qərb dünyasında tətbiq olunan müasir modelləri istifadə edir. Adicə ƏDV geri qaytar proqramı bütün məlumatlı vətəndaşlar tərəfindən istifadə edilir. Bu proqram sayəsində vətəndaşların özü kölgə iqtisadiyyatına qarşı mübarizə aparır. Nəğdsiz ödənişlər kölgə iqtisadiyyatının ağardılmasında böyük əhəmiyyət kəsb edir. Bu baxımdan ölkə ərazisində kartla birbaşa ödənişlərə böyük bonuslar verilir. Bunlara baxmayaraq böyük ticarət mərkəzlərində hələ də güzgü metolodogiyası işləmir. Yəni ölkəyə daxil olan mal və onun satışını təmin edən statistik məlumatlar yoxdur. Bu o deməkdir ki, ölkədə gizli iqtisadiyyat var. Lakin bu konteksdə olan layihələri artırmaqla tamamilə kölgə iqtisadiyyatından xilas olmaq olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol
Telefonu yastığın altında şarj etmək təhlükəlidir
07:17 15.09.2026
Texnologiya