
Bu avtomobillər bahalaşacaq
Yusif Nəzərli
13:00 03.11.2021
İqtisadiyyat
867
“Daxili yanma mühərriki ilə işləyən avtomobillərə böyük vergi dərəcələri tətbi edilib”
İri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir.Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.Yeddi ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq. Layihəyə əsasən, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək.164.1.41-ci maddəsinə əsasən istehsal tarixi üç ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.
Bundan başqa mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat ( əvvəl 13 manat idi) . Burada 4 000 kubsantimetrədək olduqda 5 600 manat məbləği dəyişməz olaraq qalır.
Eyni zamanda mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat (hazırda 18 600 manat + hər kubsantimetrə görə 35 manatdır).
Həmçinin mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat ( hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır).

Mövzu ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, hibrid avtomobillərə maraq artacaq:
"Hibrid avtomobillərin əlavə dəyər vergisi ləğv edilir. Güman ki, yanvardan bu kateqoriyadan olan avtomobillərə tələbat çoxalacaq. Əslində pozitif məsələdir. Çünki hibrid avtomobillər ekoloji olaraq daha təmiz və müasirdir".
N.Cəfərlinin sözlərinə görə, daxili yanma mühərriki ilə işləyən avtomobillərə böyük vergi dərəcələri tətbi edilib:
"Məsələn, motor həcmi 2 min kub santimetrdən yuxarı olan avtomobillərdə dəyişikliklər olacaq, aksiz vergilər yüksək səviyyədə artır. 2 mindən yuxarı hər kub santimetrə görə 5 manat ödəyəcəklər. Əgər motor həcmi 3 min kub santimetrdisə, 5 min manat edir. Üzərinə gömrük rüsumları, Əlavə Dəyər Vergisi də əlavə etsək, bu, yüksək məbləğ tələb edir. Motor həcmi yüksək olan avtomobillərin satış qiymətindən daha baha rəsmiləşdirilməsi prosesi gedəcək. Bu motor həcmi 2 min kub santimetrdən yüksək olan avtomobillərə aiddir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə