
Çörəyin qiyməti aşağı düşüb - SƏBƏB
22:48 30.10.2023
İqtisadiyyat
615
Yüksək məhsuldarlıq taxıl bolluğu yaradıb Bu da təbii olaraq çörəyin qiymətinin aşağı düşməsi ilə nəticələnib
Azərbaycanda çörəyin qiymətində ucuzlaşma müşahidə edilib. Bir neçə gündür ki, 650 qramlıq dairəvi zavod çörəyi 60 qəpiyə yox, 55 qəpiyə satılır. Bu da çörəyin qiymətinin daha 5 qəpik ucuzlaşması deməkdir. Ucuzlaşma daha çox iri market şəbəkələrində qeydə alınıb. Kiçik mağazalarda isə hələlik ucuzlaşma hiss olunmur.
Qeyd edək ki, zavod çörəyi bir il əvvələ qədər pərakəndə satış mərkəzlərində 70 qəpiyə satılırdı. İl ərzində isə qiymətlərdə 3 dəfə ucuzlaşma müşahidə edilib. Əvvəlcə 65, daha sonra isə 60 qəpiyə enmişdi.
Taxılın dünya bazarındakı qiymətində cüzi ucuzlaşma müşahidə olunduğunu xatırladan iqtisadçı-ekspert Xalid Kərimli isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda taxılın qiyməti dünya bazarından asılı olduğu üçün dünya bazarında taxılın ucuzlaşması daxili bazara da birbaşa təsir edir.
Ekspert qeyd edib ki, dünyada bol məhsuldarlıq var, Qazaxıstanda, Rusiyada, Amerikadakı yüksək məhsuldarlıq dünyada taxıl bolluğu yaradıb ki, bu da təbii olaraq qiymətlərin aşağı düşməsi ilə nəticələnib:

“Bu da unun qiymətinə, un məhsullarının, o cümlədən də çörəyin qiymətinə təsir göstərir və cüzi ucuzlaşma müşahidə olunur. Proses hələlik davam edir deyə, Azərbaycanın un və çörək bazarında mütəmadi qiymət ucuzlaşmalarını müşahidə edirik.
Lakin Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukrayna taxılının dünya bazarına çıxarıla bilməməsi sonrakı aylarda taxılın qiymətindəki ucuzlaşmanı məhdudlaşdıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm