
Davos Forumunda iştirak Azərbaycana iqtisadi baxımdan bir sıra üstünlüklər qazandıra bilər -ŞƏRH
12:30 22.01.2025
İqtisadiyyat
556
Azərbaycan hər il İsveçrənin Davos şəhərində keçirilən, dünya liderləri və tanınmış iş adamlarının bir araya gəldikləri Davos İqtisadi Forumunun (DİF) fəal iştirakçılarındandır və ənənəsinə sadiqdir. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir. Prezident İlham Əliyev hər il olduğu kimi bu il də forumda aktiv iştirak edir.
Davos forumunun əhəmiyyəti və onun Azərbaycan iqtisadiyyatı üçün yaratdığı yeni fürsətlər haqqında danışan iqtisadçı ekspert Akif Nəsirli "Sherg.az"a bildirib ki, Davos Forumu dünyanın ən mühüm iqtisadi platformalarından biridir:

"Burada qlobal iqtisadi və biznes mühitinin əsas oyunçuları bir araya gələrək perspektiv planları müzakirə edir, əməkdaşlıq imkanlarını dəyərləndirir və iqtisadi trendləri formalaşdırırlar. Forum həm də qlobal iqtisadi və siyasi problemlərin müzakirə olunduğu, onların həlli yollarının təklif edildiyi beynəlxalq bir meydandır. Dövlət rəsmiləri, nüfuzlu iş adamları və transmilli korporasiyaların rəhbərləri burada iştirak edərək öz baxışlarını ifadə edirlər. Davos Forumunun panel müzakirələri və çıxışları böyük maraq doğurur. Burada qlobal iqtisadiyyatın gələcək inkişafına dair proqnozlar verilir və mühüm qərarlar qəbul olunur. Bu platformada müzakirə edilən məsələlər və qəbul olunan strategiyalar, adətən, qarşıdakı bir ilin iqtisadi mənzərəsini formalaşdırmağa kömək edir. Azərbaycan qlobal iqtisadiyyatın bir parçasıdır və geniş ticarət əlaqələrinə malikdir. Ölkə neft və qaz ixrac etməklə yanaşı, qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirir. Bu baxımdan, Azərbaycanın Davos Forumunda iştirakı böyük əhəmiyyət kəsb edir. Bu forumda iştirak etməmək, ölkənin iqtisadi maraqlarını zəiflədə, beynəlxalq iqtisadi platformalardan kənarda qalmasına səbəb ola bilər. Dünya ilə iqtisadi əlaqələrini gücləndirmək, yeni tərəfdaşlar tapmaq və investisiya imkanlarını genişləndirmək üçün Azərbaycan bu cür beynəlxalq tədbirlərdə aktiv olmalıdır. Bununla yanaşı, Davos Forumunda iştirak ölkəyə iqtisadi baxımdan bir sıra üstünlüklər qazandıra bilər. Burada Azərbaycanın xarici ticarət siyasətinin gücləndirilməsi, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və daxili iqtisadi problemlərin həlli üçün müxtəlif modellərin tətbiqi müzakirə oluna bilər. Forum həm də ölkəyə yeni investisiyalar cəlb etmək və qlobal iqtisadiyyatdakı mövqeyini gücləndirmək baxımından əhəmiyyətli bir platformadır. Nəticə etibarilə, Azərbaycan Davos Forumunda aktiv iştirak etməklə beynəlxalq iqtisadi trendləri daha yaxından izləyə, yeni əməkdaşlıqlar quraraq iqtisadi inkişafını daha da sürətləndirə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya