Deputatın təklifi dəstəkləndi: Pensiya yaşı azaldılsın!
Fidan Həmişəyeva
12:03 14.06.2021
İqtisadiyyat
916
Bu günlərdə Milli Məclisdə Azərbaycanda pensiya yaşına dəyişiklik edilməsi ilə bağlı müzakirələr aparılıb. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, ölkəmizdə əhalinin 7 faizi 65 yaşdan yuxarıdır:
“Deməli, cəmi 7 faiz əhali pensiya ala bilir”.
Deputat bildirib ki, Azərbaycanda pensiya yaşını orta yaşa uyğunlaşdırmaq lazımdır. Bəzi millət vəkilləri "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişikliklərdə bəzi detalların çatışmadığını və müvafiq düzəlişlərin edilməsinə ehtiyac olduğunu bildiriblər.
Deputatların təklifi barədə “Sherg.az”a danışan iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, pensiya qanunvericiliyi Azərbaycanda ən çox dəyişikliyə məruz qalan və bir neçə dəfə kökündən islahat adı ilə cəmiyyətə təqdim olunan qanunvericilik layihəsi olub:
“2006-ci ildən pensiya islahatı başlayan zaman həmişə izah ediblər ki, ölkəmizdə pensiyada qalma yaşı 12 il hesablanır. O zaman pensiyanın baza, sığorta və yığım hissəsinin necə tətbiq olunması və sonradan pensiya yaşının artırılmasına dair sonuncu addım cəmiyyətdə birmənalı qarşılanmamışdı. İndi isə pensiya yaşını azaltmağı təklif edənlər təəssüf ki, vaxtilə qanunvericiliyə dəyişikliyi qəbul etmiş şəxslərdir. Xırda istisnalar ola bilər, ümumilikdə isə parlament pensiya yaşının artılmasını dəstəkləyirdi. Hesab edirəm ki, son vaxtlar millət vəkillərinin aktivləşməsi başqa məsələlərlə bağlıdır. Bu, daha çox populyarlıq qazanmaqdan irəli gəlir. İllər boyu beynəlxalq qurumların, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı rəqəmlərə istinad edərək, dəfələrlə sübut etmişik ki, Azərbaycan ortaömürlülük ona imkan vermir ki, 12 il pensiya yaşı olsun”.
N.Bəydəmirli vurğulayıb ki, ölkəmizdə ortalama pensiya yaşı 72 yaş ətrafındadır:
“Bu göstəriciyə görə, digər ölkələrdən kifayət qədər geri qalırıq. Pensiya yaşının artırılması o səbəbdən baş verir ki, ya iqtisadi problemlər var, ya da hansısa problem yoxdur, sadəcə uzunömürlülük mövcuddur. Necə ki, Yaponiyada, Amerika və digər ölkələrdə belədir. Səhv etmirəmsə, Yaponiyada orta ömür 83, Amerikada isə 82 yaşdır. Təbii ki, uzunömürlülük səhiyyənin inkişaf etməsi və əlçatan olmasından irəli gəlir. Həmin ölkələrdə vətəndaşlar 70 yaşına qədər də işləyə bilərlər.
Azərbaycanda isə müxtəlif obyektiv səbəblərdən, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində şəhid və stressdən həlak olan kifayət qədər vətəndaş var. Onlar orta yaşa təsir edirlər. Subyektiv səbəb isə səhiyyəmizin və normal idarəetmənin olmaması ucbatından vətəndaşlar həyatlarını erkən itirirlər. Bu da orta ömür səviyyəsini azaldır. Deputatların səsləndirdiyi fikirlər əvvəlki qərarlarına qeyri-adekvat olsa belə, belə təkliflərin olmasına normal yanaşıram.
Düşünürəm ki, Azərbaycan hökuməti pensiyada qalma müddəti və pensiyanın arıtırılmasına dair addım atmalıdır. Bu addımlar vətəndaşın ziyanına yox, xeyrinə olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol