Dəstək proqramı və ya vətəndaşlara qayğının təzahürü... - ŞƏRH
Banuçiçək Kalbalıyeva
10:37 03.04.2020
İqtisadiyyat
822
Ramil Quliyev: “Bu proqramlar pandemiya dövründə və sonra yarana biləcək iqtisadi durğunluğu aradan qaldırmaq üçündür”
Koronavirus pandemiyası bütün dünya ölkələrinin iqtisadiyyatına ağır zərbə vurdu. Gömrük əlaqələrinin kəsilməsi və ya məhdudlaşdırılması, sərhədlərin bağlanması vəziyyəti kritikləşdirdi. Azərbaycan hökuməti sözügedən virusun ölkə iqtisadiyyatına təsirini minimuma endirmək məqsədilə ciddi addımlar atır. Hazırlanan iqtisadi paket ehtimal edilən təsirləri aradan qaldırmağa, iqtisadi dayanıqlığı qorumağa hesablanıb.
Azərbaycan Texniki Universitetinin Sənaye iqtisadiyyatı və menecment kafedrasının dosenti, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Ramil Quliyev “Sherg.az”a açıqlamasında atılan addımların sahibkarlığa dəstək olacağını deyib:
“Hazırlanan iqtisadi paket daha çox sahibkarlıq fəaliyyətinin qorunmasına hesablanıb. Ancaq ümumilikdə təklif olunan proqramlar müxtəlif sahələri əhatə edir. Dövlət dəstəyi məqsədilə iki milyard manata yaxın pul ayrılıb ki, bunun da təxminən yarısı bank sektoru üçün istifadə olunacaq. Bundan başqa, 304 min muzdlu işçinin əməkhaqqısının yarısını dövlətin ödəməsi də müsbət təşəbbüsdür. Bu məqsədlə birinci növbədə sahibkara 500 milyon manat vəsaitin verilməsi gözlənilir. Həmçinin elektrik istifadəsində limitin artırılması da vətəndaşlara qayğının bir təzahürüdür. Ümumiyyətlə, bütün bu proqramlar pandemiya dövründə və sonra yarana biləcək iqtisadi durğunluğu aradan qaldırmaq üçündür”.
Ekspertin fikrincə, belə fövqəladə vəziyyətdə vətəndaşlar üçün müəyyən yardımların nəzərdə tutulması məqəsəduyğundur:
“Sahibkarlar Əlavə Dəyər Vergisindən, əmlak vergisindən, mənfəət vergisindən azad olunmalı, eyni zamanda, sahibkarlıq fəaliyyətinin sahəsinə uyğun olaraq güzəştlər tətbiq edilməlidir. İstehlak krediti olanlar üçün bir neçə aylıq möhlət hüququ verilsə, çox yaxşı olar. Onu da deyim ki, dəstək üçün nəzərdə tutulmuş vəsait Ümum Daxili Məhsulun 3 faizidir. Xarici ölkələrdə bu göstərici nisbətən çoxdur. Bizdə də dəstək üçün ayrılmış vəsait bir az artırılsa, vətəndaşlar daha çox sevinərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol