Əhali artıq borclanmaya əvvəlki kimi meyl göstərmir - İqtisadçı İZAHI

"Səbəb budur ki, əhalinin banklardan götürdüyü borclara görə geri ödəniş etməsi getdikcə çətinləşir. Ona görə də vətəndaşlar arasıdna kredit kartalrına maraq getdikcə sönür"

Vətəndaşlar kredit kartlarına deyil, debet kartlara daha çox maraq göstərir. Mərkəzi Bankın məlumatına görə, dövriyyәdә olan ödәniş kartlarının sayı ötәn ayla müqayisədə 134 min әdәd artaraq 21 milyon 835 min әdәd tәşkil edib. Ötən ilin müvafiq dövrü ilә müqayisәdә bu göstәrici 12.2 % artıb. Ödәniş kartlarında debet kartlarının sayı 14.7% artıb, kredit kartlarının sayı isә 6.7% azalıb. Tənzimləyicidən bildirilib ki, ödәniş kartlarının artması nağdsız ödәnişlәrin hәcminә müsbәt tәsir göstәrib. Belә ki, noyabr ayında ölkәdaxili nağdsız әmәliyyatların hәcmi keçәn ilin müvafiq dövrü ilә müqayisәdә 14.4% artıb. 2025-ci ilin noyabrında kartlar vasitәsilә hәyata keçirilәn ölkәdaxili nağdsız ödәnişlәrin hәcmi 7,940 mln. manat tәşkil edib. Hәyata keçirilәn nağdsız ödәnişlәrin 6,948 mln. manatı elektron ticarәtin payına düşür. Qalan mәblәğin 990 mln. manatı POS-terminallar, 2 mln. manatı isә özünә xidmәt terminalları vә bankomatlar vasitәsilә gerçәklәşdirilib. İlin әvvәlindәn ödәniş kartları ilә nağdsız ölkәdaxili әmәliyyatların hәcmi ölkәdaxili kart әmәliyyatlarının 67.5%-ni tәşkil etmişdir. Banklar vә “Azәrpoçt” MMC ödәniş xidmәti şәbәkәlәri üzrә dinamik artım müşahidә olunur. Belә ki, keçәn ilin noyabr ayının sonu ilә müqayisәdә bankomatların sayı 8.5%, POS-terminalların sayı 57.1% artmışdır. 

Bu ilin 11 ayında bankların kredit portfeli 1% vә ya 281.7 mln. manat artaraq 29 milyard 685.5 mln. Manat- təşkil edib. Məlumata görə, kredit portfelinin 53.2%-ni (15,804.8 mln. manat) biznes kreditlәri, 31.4%-ni (9,318.8 mln. manat) istehlak kreditlәri, 15.4%-ni (4,561.9 mln. manat) ipoteka kreditlәri təşkil edib. Kredit portfelində vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat (1,8%) təşkil edib. Bu ilin əvvəlinə nisbətən 24,2 %, son 1 ildə isə 12,3 % artım deməkdir.

İqtisadçı Pərviz Heydərov Sherg.az-a açıqlamasında qeyd etdi ki, debet kartların sayının artması, kredit kartlarının sayınınsa azalması əhalinin borclanmaq istəmədiyinin göstəricisidir: 

- Əhali artıq borclanmaya əvvəlki kimi meyl göstərmir. Səbəb budur ki, əhalinin banklardan götürdüyü borclara görə geri ödəniş etməsi getdikcə çətinləşir. Ona görə də vətəndaşlar arasıdna kredit kartalrına maraq getdikcə sönür. Çünki adamlar artıq əvvəlki kimi borclanmaya meyl göstərmirlər, mövcud maliyyə imkanları, dolanışıq səviyyələri buna imkan yaratmır. Debet kartların sayının artması isə nağdsız ödənişlərin genişlənməsinə gətirib çıxarır ki, bu, müsbət amildir. Kredit kartlarından istifadənin azalması bankların ölkə əhalisinin gəlirlərinə lüsumsuz yerə sahib çıxmasının qarşısını almaq baxımından müsbət tendensiya sayılmalıdır. Amma digər fakta - problemli kreditlərin həcminin artması faktına diqqət yetirsək, bu, o qədər də yaxşı hal deyil bank sektoru üçün. İl ərzində 10 faizdən çox – 12 faiz artım var bu sahədə. Bu fakt bir daha sübut edir ki, əhalinin borc vəsaitlərinə geri ödəniş imkanları getdikcə zəifləməkdədir. Ona görə də problemli kreditlər üzrə borcların qaytarılması gecikir. O cümlədən kredit resurslarına maraq da sürətlə zəifləyir.