Ekspertdən mühüm ÇAĞIRIŞ:”Bir aylıq kirayə haqqından imtina edin !”
Fidan Həmişəyeva
10:53 01.04.2020
İqtisadiyyat
1169
“İndi durumda dəstək göstərmək lazımdır. Fikrimcə, vətəndaşlar da bir-birinə yardım etməlidir”
Məlumdur ki, ölkədə elan olunan karantin rejimi ilə əlaqədar xeyli sayda iş yeri dayandırılıb. Əsas məqsəd vətəndaşların sağlamlığının təmin edilməsidir. Buna baxmayaraq əhali arasında müəyyən narahatlıqlar da hökm sürür.
Kirayədə qalanların böyük əksəriyyəti günəmuzd çalışır. Mövcud rejimlə bağlı bu vətəndaşların gəlir yeri yoxdur. Vətəndaşlar sosial şəbəkələrdə maraqlı kampaniyanın başladılmasını təklif ediblər. Kampaniyaya görə, feysbukda olan və evini kirayə verən tanışlarımıza çağırışlar etmək olar. Çağırışa əsasən ev sahibi kirayəşindən bir aylıq kirayə haqqı almasın.
İndiki durumda belə çağırışların nə dərəcədə effektiv olacağını “Sherg.az”a dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda kirayə mənzil bazarında ən böyük problem rəsmi müqavilələrin olmamasıdır.
İqtisadçı bildirib ki, vətəndaşlara verilən kirayə mənzil və ictimai iaşə obyektlərinə verilən icazələr müqaviləsiz olduğu üçün onların qeydiyyata alınıb dəstək göstərilməsi çətin olur:
“İndiki vəziyyətdə bu, mənzil və obyekt sahiblərinin insafına qalıb. Heç olmasa, 1 aylıq kirayə haqqından imtina etsinlər. Bəzi obyekt sahibləri bunu edir, çünki karantin rejiminə görə ictimai iaşə obyektləri bağlıdır. Ona görə də demək olar ki, icarə haqları alınmır. Amma mənzillərlə bağlı vəziyyət eyni deyil. Kirayə haqqını almamaq hər ev sahibinin vicdanına bağlıdır. Təəssüf ki, çox zaman kirayə haqqından imtina olunmur. Dövlət tərəfindən yardımın edilməsi də mümkünsüzdür, çünki müqavilələr yoxdur.
Rəsmi müqavilələr olsaydı, heç olmasa, müəyyən yardım paketləri hazırlamaq olardı. Amma mənzil sahiblərinə çağırış edə bilərik ki, indiki durumu nəzərə alsınlar və kirayəşinlərini heç olmasa 1 aylıq kirayə pulundan azad etsinlər. Hər kəsin buna əməl edəcəyini söyləmək çətindir. İndi durumda dəstək göstərmək lazımdır. Fikrimcə, vətəndaşlar da bir-birinə yardım etməlidir. Köməyin tək dövlət tərəfindən olunması da düzgün deyil. Düşünürəm ki, ən azından sosial kampaniya yaradıb çağırışlar etmək olar.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya