Ən böyük dərd problemli kreditlərdir
21:29 10.08.2021
İqtisadiyyat
723
Ona görə əksər banklar zərərlə işləyir
"Ümumiyyətlə, pandemiya dövründə əksər bankların xərcləri və problemləri artdı"
Bu ilin II rübündə (aprel-iyun) Azərbaycandakı banklar 217,6 mln. manat xalis mənfəət əldə ediblər ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 46,2 faiz çoxdur. Lakin buna baxmayaraq, yeddi bank II rübü zərərlə başa vurub. Bunlar "AccessBank", "Bank Avrasiya", "Günay Bank", "Muğanbank", "Yapı Kredi Bank", "Pakistan Mill Bankı" və "Bank Melli İran"dır. Qeyd edək ki, bu banklardan "AccessBank", "Bank Avrasiya", "Yapı Kredi Bank" və "Pakistan Milli Bankı" bütöv yarım ili də zərərlə başa vurublar. Belə ki, 2021-ci ilin ilk yarısında sözügedən maliyyə təşkilatları müvafiq olaraq 2 024,0 min manat, 3 928,57 min manat, 231,69 min manat və 114,97 min manat zərər ediblər.
Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Şərq"ə açıqlama verib. Ekspert qeyd edib ki, bütövlükdə istənilən bankın zərərlə işləməsinin əsas səbəbi problemli kreditlərdir:
"Yəni bankın əsas funksiyası nədir? O bir qrup insan və şirkətlərdən aşağı faizdə əmanət cəlb edir və yüksək faizlə digərlərinə kredit verir. Yəni kreditlər vaxtlı-vaxtında, ya da tam qayıtmayanda bank zərərə düşür. Çünki onun əmanət və bank hesabları olanda vəsaiti qaytarmaq kimi vəzifələri də var. Amma pulu çatmır, bu da onun zərəri deməkdir. Hətta kredit sonda qaytarılırsa və ya vaxtında qaytarılmırsa, bank ehtiyat yaratmalıdır".
Ə.Həsənov vurğulayıb ki, bankların ikinci rübü zərərlə başa vurmasının əsas səbəblərindən biri də pandemiyadır:
"Pandemiya nəinki Azərbaycanda, bütün dünyada iqtisadiyyata mənfi təsir göstərdi. Çünki pandemiya səbəbindən həm istehlakçılar, həm də biznes şirkətlər kreditlərini vaxtlı-vaxtında tam ödəməkdə çətinlik çəkdilər. Bu da problemli kreditlərin artmasına səbəb oldu. Sadəcə olaraq, bəzi banklar da var idi ki, onların durumu hətta pandemiyadan da əvvəl pis idi və pandemiya dövründə daha da ağır vəziyyətə düşdülər. Nisbətən yaxşı vəziyyətdə olan banklar pandemiya nəticəsində ən az zərərə düşdü. Ümumiyyətlə, pandemiya dövründə əksər bankların xərcləri və problemləri artdı. Sadəcə olaraq, hələlik, onların kifayət qədər kapitalı var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya