Fransada benzinin qiyməti tarixi rekord vurdu

Fransada bir litr benzinin orta qiyməti 1985-ci ildən - h#ökumətin bu məlumatları toplamağa başladığı vaxtdan bəri mütləq rekorda çataraq 2,11 avro olub.

Oxu.Az bu barədə "Le Figaro" nəşrinə istinadən xəbər verir.

"95-E10" markalı benzin (tərkibində 10%-dək etanol olan) ötən həftə ərzində daha 2,3 avrosent bahalaşıb ki, bu da ardıcıl altı həftəlik artım deməkdir.

Ölkədə ən geniş yayılmış avtomobil yanacağı olan dizel yanacağına gəlincə, ötən həftənin sonunda onun bir litrinin orta qiyməti təxminən 2,29 avro təşkil edib ki, bu da bir həftə əvvəlki göstəricidən 3,4 avrosent çoxdur. Bu göstərici keçən ilin aprelində qeydə alınan tarixi pik həddə - 2,31 avroya yaxınlaşır.#