Güzəşt olmalıdır: Vəziyyət ciddiləşsə, vətəndaşlar kreditləri verə bilməyəcəklər
Fidan Həmişəyeva
09:03 25.03.2020
İqtisadiyyat
1600
Millət vəkili Naqif Həmzəyev ölkədə fəaliyyət göstərən bank sektoruna müraciət edib. Deputat bildirib ki, ölkədə hökm sürən vəziyyətlə bağlı banklarda ödənişlər dondurulsun.
“Azərbaycanda fəaliyyət göstərən banklar kreditlərin ödənişini ən azı 3 ay müddətinə dondurmalıdırlar. Həmçinin gecikmələrə görə cərimələr bu müddət ərzində ləğv edilməlidir. Bilirik ki, çoxlu sayda insanlar var ki, banklara borcları var və bu gün əksər yerlərdə işlər dayandırılıb. Böyük ehtimalla mövcud vəziyyət aprel ayının sonunadək davam edəcək.
Günəmuzd çalışan insanlar var ki, indiki halda kreditlərin qaytarılmasında problemlərlə üzləşə bilərlər. Banklar vətəndaşlara güzəşt etməlidir.
Mart, aprel, may ayında kredit ödənişləri dondurulsun və yaxud gecikmələrə görə cərimələr tətbiq olunmasın”.
Deputatın təklifini müsbət dəyərləndirdiyini deyən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında bildirib ki, hazırda dünyanın bir sıra ölkəsində belə təkliflər səsləndirilir.
“Amma bu proses bütün ölkələrdə yerinə yetirilmir. Ümumilikdə banklara ödənişlərin dayandırılmasını təklif etmək olar. Lakin dövlət bunu banklardan tələb edə bilməz. Çünki bankların da öz öhdəlikləri və borcları var. Məsələn, əmanətçi gedib bankdan pulunu istəyir və bank ona vaxtlı-vaxtında faiz ödəməlidir. Gərək kredit üzrə ödənişlər olunsun ki, bank da öz xərclərini ödəyə bilsin. Hesab edirəm ki, dövlət bu məsələdə banklara müəyyən yardım edə bilər”.
İqtisadçı bildirib ki, mövcud vəziyyətdən zərər çəkənlər daha çox sahibkarlardır:
“Amma bütün sahibkarlar yox, onların bir qismi zərər çəkir. Məsələn, mehmanxana və turizm biznesi, ictimai iaşə, yəni kafe və restoranlara çoxlu zərər dəyib. Amma hələlik vətəndaşlarda elə də ciddi problem yoxdur. Hələlik koronavirus onların kreditlərinə hansısa yolla təsir etməyib. Əlbəttə, vəziyyət ciddiləşsə, vətəndaşlar kreditləri verə bilməyəcəklər. Bu zaman müəyyən güzəştlər keçərli ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya