“Hazırlanan proqramlar qiymət artımının qarşısını alacaq”
- İqtisadçı
Banuçiçək Kalbalıyeva
11:11 02.04.2020
İqtisadiyyat
1580
Dünya ölkələrində, o cümlədən də Azərbaycanda yayılmaqda olan koronavirus pandemiyası bir çox sahələrə, eləcə də iqtisadiyyata təsir edir. Bu təsiri minimuma endirmək məqsədilə xüsusi İşçi Qrup yaradılıb.
İşçi Qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə verdiyi müsahibədə iqtisadi təsirləri minimuma endirmək məqsədilə 10 proqramdan ibarət paketin hazırlandığını bildirib. Hazırlanan proqramlarda kiçik və orta sahibkarların biznes fəaliyyətinin qorunması, sahibkarlara dövlət dəstəyinin göstərilməsi, ipoteka kreditlərinin dəstəklənməsi kimi amillər nəzərə alınıb.
Bu proqramlarla bağlı “Sherg.az”a danışan BDU-nun “SABAH” qruplarının dekan müavini, iqtisadçı Gündüz Camalzadə görülən tədbirlərin, o cümlədən hazırlanan proqramların iqtisadi təsiri minimuma endirmək baxımından mühüm əhəmiyyət kəsb edəcəyini dedi:
“ÜST koronavirusun pandemiya olduğunu elan etdikdən sonra digər ölkələrdə olduğu kimi, Azərbaycanda da izolyasiya tədbirləri həyata keçirildi, profilaktik addımlar atıldı. Yanvarın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, İşçi Qrupun təşkil edilməsi hökumətin bu məsələyə həssas yanaşdığını göstərir. Əlbəttə, dünya dövlətləri kimi, Azərbaycan iqtisadiyyatı da təhlükə altındadır. Amma düşünürəm ki, hökumətimiz ehtimal olunan iqtisadi təsirdən minimum ziyanla çıxmağı bacaracaq”.
G. Camalzadənin sözlərinə görə, ərzaq məhsullarının qiymətinin bahalaşması da istisna edilmir.
“Gömrük əlaqələri müvəqqəti məhdudlaşdırıldığına görə ambarlarda ərzaqlar azalır. Yaranan tələbat ərzaq məhsullarının qiymətinin bahalaşması ilə nəticələnəcək. Həmçinin neftin qiymətinin üç dəfə aşağı düşməsi vəziyyəti daha da çətinləşdirəcək. Gəlirlərin azalması, sahibkarların öhdəliklərinin çoxalması müəyyən mənada iqtisadi durğunluq yaradacaq. Bununla belə, hazırlanan proqramlar qiymət artımının qarşısını alacaq. Gömrük rüsumlarının, ƏDV-lərin, faizlərin minimuma endirilməsi, kreditləşmələrdəki güzəştlər, “Kölgə iqtisadiyyatı”nın şəffaflıqla əvəz olunması, dövlət büdcəsindən 1 milyard manat vəsaitin koronavirusla müdafiə fonduna köçürülməsi, ianələrin verilməsi və s. kimi stimullaşdırıcı tədbirlər özəl sektorda çalışanlara kömək olacaq”.
İqtisadçı düşünür ki, indiki çətin vəziyyətdə vətəndaşlar da milli həmrəylik göstərməlidirlər:
“Dediyim kimi, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədər olaraq manat dollar qarşısında zəifləyir. Ona görə də vətəndaşlar diqqətli olmalı, xarici valyutadan istifadə etməməyə çalışmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol