ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
10:00 10.09.2024
İqtisadiyyat
383
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu artırıb.
"APA-Economics" xəbər verir ki, ING Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2,8%-dən 3,5%-ə yüksəldib, 2025-ci ildə isə 2,5%-dən 2,6%-ə kimi artırıb. Bu isə korporasiyanın əvvəlki proqnozundan müvafiq olaraq 0,7% və 0,1% bəndi çoxdur.
ING 2024-cü ilin üçüncü rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 2,0%-dən 3,0%-ə, ilin son rübü üzrə isə proqnozunu 1,5%-dən 2,5%-ə yüksəldib.
Qeyd edək ki, Dünya Bankı yenicə açıqladığı proqnozuna əsasən Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır. Asiya İnkişaf Bankı 2024-cü ildə 1,2%, 2025-ci ildə isə Azərbaycanda 1,6% səviyyəsində iqtisadi artım gözləyir.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il üzrə 3,2 %, 2025-ci il üzrə 2,7 %-ə, 2026-cı ildə isə 2,3 % iqtisadi artım olacağını gözləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya
Kainatın qaydalarını pozan qara dəlik kəşf edildi
18:26 23.02.2026
Maraqlı
Hüquqşünas Müşfiq Abbasov inzibati qaydada həbs olunub
18:12 23.02.2026
Hadisə
Cevdet Yılmaz Azərbaycana səfər edəcək
18:05 23.02.2026
Siyasət
Luka Modriç karyerasını başladığı kluba qayıda bilər
17:58 23.02.2026
Futbol
Göygöl Dövlət Arxivi İdarəsinə yeni müdir təyin olundu - FOTO
17:50 23.02.2026
Cəmiyyət
Azərbaycan İranla əməkdaşlığı genişləndirməyi planlaşdırır - ŞƏRH
17:41 23.02.2026
Gündəm