İşlər sürətlənib! - "Füzuli rayonu artıq bərpa olunur"
09:03 15.06.2021
İqtisadiyyat
777
“Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dünən Füzuli rayonunda həyata keçirilən infrastruktur layihələrinin icrası ilə tanış olublar. Ölkə rəhbəri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini də qoyub. Füzuli şəhəri və rayonun ərazisinin əhəmiyyətli hissəsinin 27 il işğal altında qalması rayon iqtisadiyyatına təsirsiz ötüşməyib”.
"Sherg.az"xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib. Deputat qeyd dedib ki, 1993-cü ilədək ölkə iqtisadiyyatına və xüsusən də kənd təsərrüfatına töhvələr verən Füzuli rayon ərazisinin əhəmiyyətli hissəsinin işğal altında qalması nəticəsində uzun müddət öz potensialından tam istifadə edə bilməyib:
“Həmin dövrdə rayonda illik məhsul istehsalı 138 milyon 652 min manat olub ki, bu da 27 illik işğal nəticəsində rayon potensialının əhəmiyyətli hissəsinin istifadə edilə bilmədiyindən xəbər verir. Füzuli rayonu artıq bərpa olunur. Formalaşan infrastruktur yalnız Füzuli rayonu deyil, bütövlükdə bölgə üçün xüsusi əhəmiyyət daşıyır. 110/35/10 kilovoltluq Füzuli yarımstansiyası rayonun enerji təminatında xüsusi paya malik olacaq. İnşa edilən yeni hava limanın və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya liman da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Füzuli hava limanı isə uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir”.
V.Bayramov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir:
“Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlinin qoyulması Zəfər Yolunun daha intensiv şəkildə inşaatından xəbər verir. Bütövlükdə, bu gün Füzuli rayonunda formalaşdırılan infrastruktur bölgənin inkişafına xüsusi töhvə verəcək. Bu həmçinin məcburi köçkünlərin öz ata-baba yurdlarına daha tez qayıda biləcəyi anlamına da gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya