"Kadr dəyişikliyi "SOCAR"ı yerindən tərpətməyəcək
21:24 12.08.2021
İqtisadiyyat
896
Nazim Bəydəmirli: "SOCAR şəffaf fəaliyyət göstərmədiyinə görə, illər boyu dövlət büdcəsindən datasiya alıb"
Xəbər verdiyimiz kimi, ötən gün SOCAR-a iki yeni vitse-prezident təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Kənan Təhməz oğlu Nəcəfov və Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunublar. Bundan əlavə, ölkə başçısı “Dövlət Neft Şirkətinin (SOCAR) strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmanına dəyişiklik edib. Fərmana əsasən Şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 14 (on dörd) üzvdən – Şirkətin prezidentindən, Şirkətin birinci vitse-prezidentindən və 12 vitse-prezidentdən ibarət olacaq. Ümumilikdə 14 nəfər rəhbərlikdə təmsil olunacaq. Son təyinatdan sonra SOCAR-da İdarət Heyəti üzvlərinin sayı 11 nəfərdir. Şirkətin rəhbəri Rövnəq Abdullayev, birinci vitse-prezident isə Xoşbəxt Yusifzadədir. Digər 9 nəfər SOCAR-da vitse-prezident vəzifəsini tutur. Hazırda üç vitse-prezident postu boş qalır. Bəs görəsən, yeni təyinatlar işin səmərəliyinə necə təsir edəcək?
Kadrların dəyişməsinin Azərbaycanda hər hansı bir köklü dəyişikliyə gətirib çıxarmadığını deyən iqtisadçı-alim Nazim Baydəmirli “Şərq”ə açıqlamasında vurğulayıb ki, köklü dəyişikliklərin olması üçün sistem dəyişiklikləri aparılmalıdır:
"SOCAR adı gələndə gözlər önünə ciddi korrupsiya və ciddi dövlət vəsaitlərinin mənimsənilməsi gəlir. Həmçinin, Hesablama Palatasının son hesabatlarında son ilin 1 milyard 700 milyon ziyanla bağlanması yada düşür. Ümumiyyətlə, SOCAR-ın idarə etməsində regionçuluğun, qohumbazlığın olması diqqət çəkir. Hesab edirdim ki, bu idarəetmədə vitse-prezidentlərin sayı təqribən 3 dəfə azaldılacaq. Lakin çox təəssüf edirəm ki, hökumət daha pis yolu seçir və bürokratik aparatın çox qalması yenə də həmin məqsədlərdən xəbər verir. Eyni zamanda, Azərbaycan daxilində avro dizelin istehsal olunmaması, Aİ-95 və Aİ-98 markalı benzinin istehsal olmaması bir daha onu sübut edir ki, illər boyu xam neftin satılması ilə bağlı addımlar atılıb. Yəni asan yolla gəlirlər əldə olunub və onlar da səmərəsiz xərclənib".
İqtisadçı-ekspert qeyd edib ki, SOCAR BP, "Statoil", "Total" və digər xarici şirkətlər kimi şəffaf fəaliyyət göstərmədiyinə görə, illər boyu dövlət büdcəsindən datasiya alıb:
"Monopolist mövqedə olan belə bir şirkət əslində daha çox gəlirlər əldə etməli və iqtisadiyyata daha çox qatqısı olmalı idi. Kadr dəyişikliyi ilə hər hansı bir məsələnin həll olunmasına inanmıram. Bu mənada pessimistəm. Köklü dəyişikliklərin olması üçün sistem dəyişiklikləri aparmaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət