Külək enerjisi qurğularının Azərbaycanda istehsalı imkanları nəzərdən keçirilib
Yusif Sultanoğlu
06:57 17.11.2023
İqtisadiyyat
674
ŞEnergetika naziri Pərviz Şahbazov “WindEurope” Assosiasiyasının icraçı direktoru Gils Diksonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“APA-Economics”in Energetika Nazirliyinə istinadən xəbərinə görə, görüşdə assosasiya ilə külək enerjisi sahəsində, o cümlədən Xəzər dənizində hasil ediləcək elektrik enerjisinin Yaşıl Enerji Dəhlizi vasitəsilə Avropaya ötürülməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Assosasiyaya üzv Avropa şirkətlərinin ölkəmizdə həyata keçiriləcək layihələrə developer və ya investor qismində cəlbi, həmçinin külək enerjisi qurğularının Azərbaycanda istehsalı imkanları nəzərdən keçirilib.
Nazir qonağa Azərbaycanın enerji sektorunda həyata keçirilən islahatlar və layihələr, dekarbonizasiya hədəfləri, eləcə də ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması və ixrac istiqamətində beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda Xəzər dənizi və sahilyanı ərazilərdə zəngin potensiala malik külək enerjisindən istifadənin inkişafına yüksək əhəmiyyət verilir və bu sahəyə bir çox qabaqcıl enerji şirkətlərinin böyük marağı var.
Görüşdə həmçinin Gils Dikson Assosiasiyanın fəaliyyəti haqqında məlumat verib. Avropada elektrik enerjisinə artan tələbat fonunda Yaşıl Enerji Dəhlizinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, “WindEurope” külək enerjisi potensialından istifadənin inkişafı sahəsində Avropa şirkətləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual