Maşın bazarında SON DURUM: “Avtomobil az, alıcı yox” – Ucuzlaşır?
Fidan Həmişəyeva
14:14 24.03.2020
İqtisadiyyat
1895
"Qiymət artımı tələbat olanda daha çox müşahidə olunur. Gərək alıcı kütləsi olsun ki, qiymət də qalxsın”
“Bazarda isə maşını alan və satan demək olar ki, alverçilərin özləri idi”
Son zamanlar bütün dünyanın gündəmini zəbt edən koronavirus müxtəlif sektorlara təsirsiz ötüşmür. Pandemiya maşın bazarında da özünü göstərib.
Bazarda alıcıları görmək qeyri-mümkündür. Belə olan halda bazardakı son durum, avtomobillərin qiyməti, hansısa markalarının bahalaşması və ya ucuzlaşmasına dair suallar yaranır.
Maşın bazarındakı son durumla bağlı "Sherg.az"a danışan "Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırda avtomobil bazarı durğunluq müaşhidə olunan sektordur.
Ekspertin sözlərinə görə, demək olar ki,həftə sonu avtomobil bazarına əvvəlki günlərə nisbətən 50 faiz az maşın çıxarılıb:
"Bunun özü bazarda durğunluq olduğunu göstərir. Alıcı kütləsi də azdır. Çünki zərurət olmadan heç kəs evdən çıxmaq istəmir. Bazarda maşını alan və satan demək olar ki, alverçilərin özləri idi. Satıcıların bazara çıxmalarında səbəb odur ki, onlar yeni avtomobil satan varsa, onu ucuz qiymətə almaq istəyirlər. Vəziyyət düzəldəndən sonra da baha qiymətə satmağı düşünürlər. Ümumilikdə isə hazırda dünya iqtisadiyyatında müəyyən dəyişikliklər baş verir. Avtomobil sənayesi də iqtisadiyyatın tərkib hissəsidir. Müəyyən istehsalat prosesi, detalların başqa ölkələrə göndərilməsi və.s hallar səngiyir. Çünki ölkələr arasında sərhədlər bağlanır, gediş-gəliş yoxdur. Yüklərin karqo ilə daşınması belə məhdudlaşdırılıb. Bəzi ölkələrdə vətəndaşların gediş-gəlişi bağlansa da, yüklərin daşınmasına qadağa qoyulmayıb. Bir çox ölkələrdə isə ümumiyyətlə, hərtərəfli məhdudiyyət tətbiq edilib. Ona görə də bütün bunlar maşın bazarına təsir edib".
E.Muradlı bildirib ki, hələlik qiymət artımından söhbət gedə bilməz:
"Çünki qiymət artımı tələbat olanda daha çox müşahidə olunur. Gərək alıcı kütləsi olsun ki, qiymət də qalxsın. Hazırda insanlar daha çox internet üzərindən alqı-satqı etməyə üstünlük verirlər. Saytlarda daha çox elanlar yerləşir. Bir müddət sonra pandemiyanın maşın bazarına nəticəsi barədə fikir söyləmək olar. Hələlik hansısa dəyişiklik yoxdur. Çünki bizdə məhdudiyyətlər təxminən 2-3 həftədir ki tətbiq olunur. Ona görə də hələ ki elə bir sıxıntı yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya