Mərkəzi Bank: İstehlak kreditləri üzrə sərtləşmə davam edəcək
11:36 21.05.2025
İqtisadiyyat
482
2025-ci ilin I rübündə biznes və ipoteka kreditləri üzrə bankların kreditləşmə siyasətində dəyişiklik olmasa da, istehlak kreditləri üzrə standartlarda sərtləşmə müşahidə edilib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank tərəfindən 2025-ci ilin I rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair keçirilmiş sorğunun nəticələrində qeyd edilib.
Sorğunun nəticələrinə görə, banklar biznes və istehlak kreditlərinə tələbdə dəyişiklik olmadığını, ipoteka kreditləri üzrə isə tələbdə artım olduğunu bildirib: “Sorğuya əsasən, banklar 2025-ci ilin II rübündə cəmi biznes və ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağı, bununla belə, istehlak kreditləri üzrə sərtləşmə trendinin davam edəcəyi qənaətindədirlər. Banklar növbəti rübdə ipoteka və istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağı, biznes kreditlərinə tələbdə isə artım olacağı ilə bağlı gözləntilərini bölüşüb. Bankların cavablarına əsasən, maliyyələşmə mənbələrində fiziki və hüquqi şəxslərin müddətli depozitləri üzrə artım müşahidə olunub. Respondentlər növbəti rübdə də bu istiqamətdə müsbət dinamikanın davam edəcəyini düşünür. Hesabatda sorğu nəticələrinə əsasən qeyd olunur ki, banklararası rəqabətin artması şəraitində fiziki və hüquqi şəxslərin tələbli və müddətli depozitləri üzrə maliyyələşmə dəyərində artım müşahidə olunub. Banklar növbəti rübdə də eyni tendensiyanın davam edəcəyi qənaətindədirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm