Mərkəzi Bankın vəsait cəlb etməsi dövlət borcu hesab edilməyəcək
Yusif Nəzərli
16:58 07.02.2022
İqtisadiyyat
661
Azərbaycan Mərkəzi Bankı və İpoteka və Kredit Zəmanət Fondunun investisiya cəlb edilməsi dövlətin daxili və xarici borclanması hesab edilməyəcək.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilib.
Fərmana əsasən qaydalara bir sıra dəyişikliklər edilib.
“Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın 1.2.-ci bəndinə edilmiş dəyişiklikdən sonra həmin bənd belə olacaq:
“Bu Qayda Azərbaycan Mərkəzi Bankının və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan bankların, bank olmayan kredit təşkilatlarının və sığorta şirkətlərinin borcalmasına şamil olunmur”.
Qaydaya əsasən, dövlətə məxsus olan hüquqi şəxslər cari il iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Maliyyə Nazirliyinə təqdim edirlər. Dəyişikliyə əsasən, bu müddət dekabrın 1-nə keçirilib.
İndiyədək Nazirlər Kabineti Azərbaycan Prezidenti ilə razılaşdırmaqla cari il sentyabrın 15-dək növbəti il üçün dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının yuxarı həddini müəyyən edirdi, indi isə bu tarix fevralın 1-nə keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı