Metroda maya dəyəri niyə 97 qəpiyə yüksəlib? – Şərh: “...Əsassızdır”
Fidan Həmişəyeva
15:20 08.05.2021
İqtisadiyyat
1406
“Nəticə etibarı ilə qiymət artımına zəmin hazırlamaq istəyirlər”
“Hökumət belə addımları atmamalıdır”
2021-ci il üçün Bakı metrosunda sərnişindaşıma planı gediş haqqını ödəyən sərnişinlər üçün 194,2 milyon nəfər həddində proqnozlaşdırılıb. Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının qərarlarına əsasən, metro nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti 1 iyun 2021-ci il tarixinədək dayandırılıb. Qeyd edilən tarixdən sərnişindaşıma fəaliyyəti bərpa olunarsa, hesabat dövrü üçün gözlənilən 132,6 milyon nəfərlik sərnişindaşıma həcminə uyğun olaraq, bir sərnişinin daşınma xərcinin 0,97 manata təşkil etməsi gözlənilir”.
Qeyd edək ki, normal iş rejimində 1 gün ərzində Bakı metrosu 600 mindən çox sərnişin daşıyır.
Tarif (Qiymət) Şurasının tənzimlədiyi qiymətlərə görə, bir sərnişinin daşınma haqqı 30 qəpikdir. Amma "Bakı Metropoliteni"nin açıqladığı rəsmi məlumata görə, bir sərnişinin daşınması quruma 2018-ci ildə 0,52 manata, 2019-cu ildə 0,51 manata, 2020-ci ildə isə 1,54 manata başa gəlib.
Metrolarda gediş haqlarının artma ehtimalı cəmiyyətdə geniş müzakirələrə, əsasən də ciddi qınağa səbəb olub. Vətəndaşların demək olar ki hər biri qiymətlərin artmasına sərt reaksiya verərək, bunun düzgün olmadığını söyləyir.
Yeni taariflərlə bağlı “Sherg.az”a danışan iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, Bakı metropolitenin göstərdiyi xidmətin maya dəyərinin ciddi və şəffaf hesablanmasına ehtiyac var:
“Bir vaxtlar qiymətlərin 5 qəpikdən 20 qəpiyə qaldırılması gündəmdə olduğu zaman metropoliten rəhbərliyi maya dəyərinin 40-50 qəpik civarında olunduğunu açıqlayırdı.
Eyni zamanda daha çox dövlət büdcəsindən subsidiya almaq məqsədi güdülürdü. İndi isə daha yüksək gediş haqqının təyini ondan xəbər verir ki, metropoliten xərcləri optimal deyil və idarəetmə xərcləri çox yüksəkdir.
Dövlət həm də metropolitenə subsidiya verir.
Metropolitendə maya dəyərinə təsir edən digər taariflərin, məsələn elektrik enerjisinin qiyməti artmayıb. Belə olduğu halda nə üçün bir neçə il bundan qabaq 40-50 qəpik göstərilən maya dəyəri 97 qəpik elan olunur?”.
İqtisadçının sözlərinə görə, bəzən metropoliten rəhbərliyi əsassız olaraq digər ölkələrdən misal gətirirlər:
“Məsələn, Moskvada daha sərt iqlim şəraitində fəaliyyət göstərildikdə qiymətlərin Azərbaycandan yüksək olduğunu nəzərə alaraq, bizdə də “qiymətlərin dəyişməsinə ehtiyac var” deyə ictimai fikrə və hökumətə təsir edirlər.
Belə müqayisələr aparılan zaman həmin ölkədə orta aylıq əmək haqqının nə qədər olması, vətəndaşların rifah halının nə dərəcədə yüksək olduğunu nəzərə almırlar.
Metropoliten ən həssas sosial müdafiəyə ehtiyacı olan, kütləvi olaraq vətəndaşların istifadə etdiyi nəqliyyat növüdür.
Fikrimcə, indiki zamanda qiymətlərin artmasına ehtiyac yoxdur. Sadəcə olaraq müvafiq xərcləri azaltmaq lazımdır.
Ona görə də metropolitenin menecerliyi üzərində ciddi nəzarət olmalıdır.
Düşünürəm ki, istismar xərclərinin bu qədər yüksək olması ağlabatan deyil. Burada kifayət qədər şişirdirmələr var.
Nəticə etibarı ilə qiymət artımına zəmin hazırlamaq istəyirlər. Hökumət belə addımları atmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya
Əl-Nəhyan və Tramp İranı müzakirə etdi
11:26 03.09.2026
Dünya
Luka Modriç "Real Madrid"ə qayıtmaq istəyir
10:54 03.09.2026
Futbol