Müharibə Rusiya iqtisadiyyatına baha başa gələcək
Yusif Nəzərli
08:14 01.03.2022
İqtisadiyyat
647
Mərkəzi Bankın aktivlərinin dondurulması ilə bağlı qərarı rublu ciddi şəkildə silkələyəcək
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini gözlənilmədən 20 faiz qaldırıb. Bununla bağlı qərar bankın Direktorlar Şurasının təcili iclasında qəbul edilib. Qeyd olunub ki, güclü sanksiya qərarları var, amma Rusiya Mərkəzi Bankına olan sanksiya daha önəmlidir. Bu, böyük fəlakətdir. Rusiya Mərkəzi Bankı bundan sonra dollar, funt və avroda saxladığı vəsaitlərdən istifadə edə bilməyəcək. 2021-ci ilin ortalarına olan məlumata əsasən Rusiya MB-nin dollar ehtiyatları rezervlərin 16,4 faizini (96 milyard dollar -red) təşkil edir. 189 milyard dollar ekvivalentində avro, 38 milyard dollar ekvivalentində isə funt vəsaiti var.
Toplam 323 milyard dollardan söhbət gedir. Rusiya bu vəsaitə sərəncam verə bilməyəcək. Xatırladaq ki, Rusiyanın valyuta ehtiyatlarının ümumi həcmi 469 milyard dollardır. Şimal qonşumuzun 132 milyard dollarlıq da qızıl ehtiyatı var.
Millət vəkili Vüqar Bayramov “Şərq”ə deyib ki, Qərb ölkələrinin yeni sanksiyaları fonunda Rusiya rublu ciddi şəkildə dəyərsizləşib. Deputatın sözlərinə görə, Rusiya valyutası ABŞ puluna nisbətən psixoloji həddi keçərək 1 dollar 105 rubl məzənnəsinədək ucuzlaşıb:
“Görünən odur ki, müharibə davam edərsə və sanksiyalar genişlənərsə, bu, rubl üçün sonuncu dayanacaq olmayacaq. Digər tərəfdən Rusiyada dollara tələbin artması xarici valyuta qıtlığı yaradacaq. Demək olar, bütün Rusiya banklarının qarşısında uzun növbələr müşahidə olunur. Vətəndaşlar banklardan pullarını götürməyə çalışırlar. Bu isə Rusiyanın bank sektoru üçün ciddi neqtaiv nəticələrə səbəb ola bilər”.
Parlament üzvü bəyan edib ki, Rusiyanı SWİFT-dən (Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası –red) uzaqlaşdırmaq ilə bağlı qərardan sonra bu ölkənin maliyyə sektoru sanksiyalara daha kəskin reaksiya verməkdədir:
“Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda bu, rublu ciddi silkələyə bilər. Savaşın başlamasından 5 gün keçməsinə baxmayaraq, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına ciddi təsir göstərməkdədir. Mühairbə Rusiya iqtisadiyyatı üçün heç də ucuz başa gəlməyəcək. Artıq rusiyalı 2 milyarder müharibənin dayandırılması ilə bağlı müraciət edib. Biznes yeni sanksiyalar dalğasından ciddi şəkildə ehtiyatlanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı
Dünya bazarlarında neft ucuzlaşıb
09:09 21.08.2026
İqtisadiyyat
Çimərlikdə ilan panikası: Dənizdən sahilə çıxdı
09:01 21.08.2026
Hadisə
Bakının bu küçələrində sıxlıq var - SİYAHI
08:59 21.08.2026
Cəmiyyət