Narazılıq! “Azərbaycanda otellərin qiyməti Gürcüstandan 2-3 dəfə bahadır”
Fidan Həmişəyeva
14:07 19.05.2021
İqtisadiyyat
800
Azərbaycanda otel sahibləri, otel idarəçiliyi və turiz fəaliyyəti ilə məşğul olan sahibkarlar banklardan cəlb etdikləri kreditərin qaytarılmasında çətinliklərlə üzləşiblər. Sahibkarlar bununla bağlı Prezident İlham Əliyevə müraciət ediblər. İş adamları bildirir ki, pandemiya səbəbindən turist axınının dayanması və otellərin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər onların gəlirlərinin kəskin azalmasına səbəb olub. Nəticədə vaxtilə biznesin inkişafı üçün banklardan götürülən kreditlərin qaytarılmasında çətinlik yaranıb.
Bununla əlaqədar olaraq iş adamları Prezident İlham Əliyevə müraciət edərək ondan bu məsələyə müdaxilə etməyi, otel sənayesi üçün güzəşt müddətini 2022-ci ilin martınadək uzatmağı xahiş ediblər.
Lakin çoxları düşünür ki, otel sahiblərinin çətin duruma düşməsində pandemiya əsas rol oynamır. Məsələn, dünya standartında bir günlük gecələmə qiyməti 40-50 manatdırsa, ölkəmizdə 120-150 manat qiymət təklif olunur. Bu baxımdan otel sahiblərinin çətin durumda olması inandırıcı deyil.
Pandemiyadan bir çox sahənin əziyyət çəkdiyini bildirən iqtisadçı Natiq Cəfərli “Sherg.az”a bildirib ki, turzim sahəsi də ən çox problem yaşayan sahələrdən biridir:
“Avropa ölkələrində, Amerikada, hətta Rusiyada orta və kiçik sahibkarların biznes kreditləri ilə bağlı yüngülləşdirici qərarlar verilib. Azərbaycanda cüzi paket açıqlandı və biznes sahəsinin demək olar ki, tamamını əhatə etmədi. Beləliklə, kredit məsələsi getdikcə böyüdü. Təbii ki, insanlarda qıcıq yaradan məsələ budur ki, vətəndaşların da kreditlərinin ödənilməsinə dair ciddi problemlər var. Məsələn, pandemiya dövründə problemli kreditlərin həcmi daha da artıb. Ona görə də kreditlə bağlı hansısa dəstək olacaqsa, bu, həm vətəndaşlara, həm də biznesin digər növlərinə aid edilməlidir. Sırf turzim və ya otelçilik üçün ayrıca qərarın qəbulu doğru deyil”.
Ölkəmizdəki otellərin qiymət siyasətinin baha olmasına gəlincə, iqtisadçı söyləyib ki, bu durum rəqabətsizlik mühiti ilə bağlıdır:
“Yəni ölkəmizdə kiçik otelçilik, “home otel” variantları və yaxud hostellər, 2-3 ulduzlu otellər demək olar ki, yox səviyyəsindədir. Nəticədə bu şəbəkədə rəqabətli mühit olmur. Beləliklə, oteldə bir gecəlik qalmaq haqqı qonşu Gürcüstandan azı 2-3 dəfə bahadır. Həmin bahalıq da narazılığa səbəb olur. Lakin məsələnin kökündə duran məqam rəqabətlisizlik mühitidir. Ümumiyyətlə, otelçilik biznesinə münasibət dəyişməlidir. Sivil ölkələrdən gələn turistlər baha yox, rahat otellərə üstünlük verirlər. Bu baxımdan Azərbaycanda bununla bağlı şəbəkə genişlənməlidir. Rəqabət olsa, qiymətlərin tənzimlənməsi də baş verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat