Nazir: Azərbaycan enerji keçidinə balanslı yanaşmanın tərəfdaşıdır
12:05 17.11.2023
İqtisadiyyat
556
Energetika naziri Pərviz Şahbazov ikinci “Qlobal Cənubun Səsi” Sammiti çərçivəsində “Dayanıqlı inkişaf üçün əlverişli və inklüziv enerji keçidi” mövzusunda enerji nazirlərinin sessiyasında onlayn formatda iştirak edib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, cıxışda bərpa olunan enerji mənbələrinin dayanıqlı inkişafdakı rolu və karbon emissiyalarının azaldılmasının zəruriliyi kontekstində enerji keçidinin çağırışları və imkanları qeyd edilib. Bildirilib ki, enerji keçidi ölkələrin inkişafı, enerji təhlükəsizliyinin səviyyəsi, investisiyaların qeyri-bərabər paylanması kimi bir çox amillərdən asılı olaraq vahid formula malik olmasa da, ədalətli, əlverişli və inklüziv keçid hamının ortaq marağıdır.
Nazir regional və Avropa miqyasında enerji təchizatında strateji rol oynayan Azərbaycanın enerji keçidinə balanslı yanaşmanın tərəfdarı olduğu və bu baxımdan ənənəvi və bərpa olunan enerji mənbələrini vəhdətdə inkişaf etdirdiyini diqqətə çatdırıb.
Bildirilib ki, bu siyasət enerji təchizatında dayanıqlılığı, enerji resurslarına olan ehtiyacları qarşılamağı və “yaşıl plan”ların icrasını təmin edir: “Beynəlxalq enerji şirkətləri ilə qarşıdakı onillikdə daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə 10 QVt-dək “yaşıl enerji” layihələrinin reallaşdırılması üzrə əməkdaşlıq edirik. 2027-ci ilədək 1870 MVt həcmində “yaşıl güc”lərin enerji sistemimizə inteqrasiyası nəticəsində bərpa olunan enerjinin payının elektrik enerjisinin qoyuluş gücündə 33%-ə, elektrik enerjisinin istehsalında isə hazırkı 7%-dən 25%-ə çatacağı gözlənilir. Bu, 2030-cu ilə 30%-lik hədəfimizin artıqlaması ilə yerinə yetirilməsi deməkdir”.
Həmçinin Azərbaycanın enerji ixracı və regional əməkdaşlıq sahəsində strateji prioritetlərindən də bəhs olunub: ““Xəzər – Qara dəniz - Avropa” və Azərbycan - Türkiyə - Avropa dəhlizlərini yaratmaq və şaxələndirilmiş marşrutlarla 5 QVt-dan çox “yaşıl enerji” ixrac etmək strateji prioritetlərimizdəndir. Bu dəhlizlər Mərkəzi Asiya ölkələrindən də yaşıl enerjinin nəqli imkanlarını vəd edir” -deyə nazir bildirib.
Qeyd edək ki, Azərbaycanın da təmsil olunduğu birinci “Qlobal Cənubun Səsi” Sammiti cari ilin yanvar ayında keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual