Nazir: “Neftin qiymətinin 60-70 dollar civarında olması Azərbaycan üçün məqbuldur”
Yusif Nəzərli
13:07 03.11.2021
İqtisadiyyat
410
Azərbaycan OPEC+ istehsalçılarının gələn ay gündəlik xam neft hasilatını 400 min barel artırmaq planını dəstəkləyəcəyini bildirib.
“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Bloomberg” agentliyinə müsahibəsində deyib.
“Biz hesab edirik ki, bu, sabitliyi qorumaq üçün ən optimal qərar olardı”, - nazir əlavə edib.
O, belə bir artımın bazar dəyişkənliyinin qarşısını almağa kömək edəcəyini bildirib:
"ABŞ, Hindistan və Yaponiya kimi əsas neft istehlakçıları Neft İxrac Edən Ölkələr Təşkilatını və onun tərəfdaşlarını, o cümlədən Rusiya və Azərbaycanı ötən il pandemiya zamanı razılaşdırılmış dərin ixtisarlardan sonra hasilatı daha sürətli artırmağa çağırır. Kartelin enerji nazirləri cümə axşamı görüşəcək".
Hasilatın daha sürətli artırılması ilə bağlı artan çağırışları şərh edən P.Şahbazov bildirib ki, istehsalın artırılması ilə bağlı istənilən qərar iqtisadi səbəblərə və bazarın hərtərəfli araşdırılmasına əsaslanmalıdır.
O qeyd edib ki, Avropada təbii qazın son yüksək qiymətləri neft məhsullarına tələbi artırsa da, artım hər rüb gündə 300-400 min bareldən çox deyil.
"Biz tələbatda kəskin artım müşahidə etmirik, çünki elektrik enerjisi istehsalçıları təbii qazı əvəz etmək üçün həmişə neft məhsullarını seçmirlər. Onlar həmçinin nüvə enerjisindən və kömürdən istifadə edirlər"- P. Şahbazov bildirib.
Nazirin fikrincə, neftin qiymətinin bir barel üçün 60-70 ABŞ dolları civarında olması Azərbaycan və həmçinin dünya iqtisadiyyatı üçün məqbul ola bilər. Qlobal benchmark "Brent" markalı neftin bir bareli hazırda 83 ABŞ dolları ətrafında satılır.
"Bizə çox yüksək qiymətlər lazım deyil. Ola bilsin ki, qiymətlər bu gün bir qədər yüksəkdir, amma gördüyünüz kimi, OPEC+ hər ay hasilatı artırır. Düşünürəm ki, bu, qiymətlərə təsir edəcək”, - P. Şahbazov qeyd edib.
Keçmiş Sovet İttifaqında Rusiya və Qazaxıstandan sonra üçüncü ən böyük neft istehsalçısı olan Azərbaycanın hasilatı on il əvvəl gündəlik təxminən 1 milyon bareldən bu il təxminən 700 min barelə qədər azalıb. Şahbazov qeyd edib ki, Xəzər regionunda yeni neft layihələrinin icrasına başlandıqdan sonra ölkə növbəti onilliklərdə hasilatı sabit saxlayacağını gözləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət