
Növbəti dövrlərdə "qara qızıl"ın dəyərdən düşməsi manatın məzənnəsinə təsir edəcək -Proqnoz
Yusif Nəzərli
06:23 23.11.2023
İqtisadiyyat
568
Neft ucuzlaşır, risklər var
Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilir. Sentyabr ayından bəri neftin qiymətində 16.0 faiz azalama qeydə alınıb.
“OPEC+”-un hasilat planları fonunda qlobal neft qiymətləri çərşənbə axşamı günün ikinci yarısında bir qədər ucuzlaşıb.
“Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti bir barelə görə 0.26 faiz ucuzlaşaraq 82.11$, “WTI” markalı neftin yanvar fyuçersləri isə 0.27 faiz ucuzlaşaraq 77.62$ təşkil edib.
İnvestorlar “OPEC+”-un təklifin azaldılması səylərini diqqət mərkəzində saxlayırlar. Bazar günü keçiriləcək növbəti “OPEC+” toplantısı öncəsi müxtəlif KİV tərəflərin hasilatın azaldılması razılığının həm müddətini artıra, həm də hasil olunan neftin həcmini azalda biləcəyini proqnozlaşdırırlar.
Həmçinin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son toplantısının protokolları neft qiymətlərinə təsir edə bilər.
Ekspertlər isə hesab edir ki, neftin qiymətinin aşağı düşməsi kəskin bahalaşmadan sonrakı tendensiyadır və bu, zaman-zaman müşahidə edilən məsələdir.
Prosesin manatın məzənnəsinə necə təsir edəcəyi maraqlıdır. Bu mövzuyla bağlı “Sherg.az”a açıqlama verən millət vəkili Vüqar Bayramov qeyd edib ki, neftin dünya bazarı qiyməti Azərbaycanın dövlət gəlirləri baxımından vacibdir. Hazırda Azərbaycan ixracatının 80 faizini neft məhsullarının təşkil etdiyini xatırladan deputat deyib ki, bu kontekstdən neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir:

“Noyabrın 26-da OPEK + alyansının iclasının keçiriləcəyi gözlənilır. Tədbirdə hasilata yenidən baxılması və artırılması mümkünlüyü ilə bağlı yayılan xəbərlər enerji bazarına təsir göstərməkdədir. Bu isə investorlarının qərarlarına və neftin qiymətinə təsirsiz ötüşmür.
Hazırda Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Neft Fondu mövcud aktivləri hesabına illik orta hesabla 12 milyard manatlıq transferi həyata keçirmək imkanına malikdir. Bununla yanaşı, nefti qiyməti valyuta bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir.
Brent markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik təhdid yaratmasa da, növbəti dövrdə “qara qızıl”ın dəyərinin necə dəyişməsi müəyyən təsirlərə malik ola bilər. Amma Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual