Onlayn avtomobil satışı hələlik müəyyən çətinliklər yarada bilər
- Ekspert
Banuçiçək Kalbalıyeva
10:42 12.04.2020
İqtisadiyyat
1111
"Gələcək üçün daha perspektivlidir"
Avtomobil bazarının aparıcı şirkətlərindən olan “Avtolüks Azərbaycan” karantin rejimi dönəmində avtomobil almaq arzusunda olan vətəndaşlara yeni imkanlar yaradıb. Belə ki, müştərilər indi evdən çıxmadan avtomobil sahibi ola bilərlər.
Bundan ötrü əvvəlcə şirkətin rəsmi nümayəndəsi olduğu brendlərin rəsmi saytlarında, sosial media səhifələrində (Facebook və Instagram) yerləşdirilmiş xüsusi sorğu formasını doldurmaq lazımdır. Sonra peşəkar satış məsləhətçiləri avtomobil almaq üçün müraciət edənlərə zəng edir, onlayn imkanlar hesabına onlara maraqlarına və ehtiyaclarına uyğun avtomobil seçməkdə yardımçı olurlar.
Müştəri alış qərarını verdikdən sonra elektron formada zəruri sənədləşmə işləri yerinə yetirilir. Müştərinin ödənişdən sonra əldə etdiyi avtomobil evakuatorla yaşadığı ünvana çatdırılır və ona təhvil verilir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovun sözlərinə görə, bu, hələlik müəyyən çətinliklər yarada bilər:
"Adətən insanlar avtomobilə baxış keçirmək, onun standartlara cavab verib- vermədiyini müəyyənləşdirmək, hətta test üçün sürmək istəyirlər. Onlayn mühitdə bu, sadəcə qismən mümkündür. Hətta satıcılar müştəriləri cəlb etmək məqsədilə göstəriciləri qeyri- dəqiq yaza da bilərlər. Yəni müştərilər ancaq etibar etdiyi, inandığı şirkətlə onlayn alış- veriş edəcəklər. Ona görə, düşünürəm ki, avtomobillərin onlayn satışını müştərilər bu gün elə də isti münasibətlə qarşılamayacaq. Amma müsbət ideyadır. Gələcək üçün daha perspektivlidir. Çünki gələcəkdə bu ideya daha da təkmilləşə, qüsurlar aradan qaldırıla bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya