Bu ilin aprelində Azərbaycan vətəndaşları Türkiyədən 76 mənzil satın alıblar.
Teleqraf Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, ilin əvvəlindən azərbaycanlılar qonşu ölkədə 250 mənzil sahibi olublar.
Apreldə Azərbaycan vətəndaşlarının Türkiyədən daşınmaz əmlak alışı 2025-ci ilin eyni ayı ilə müqayisədə 20,6 % çox olub.
Ötən ay Türkiyədə xaricilərə ev satışında Rusiya vətəndaşları birinci sırada yer alıblar. Ruslar 263 mənzil alıblar.